Əsas Səhifə > Partiya > MİRMAHMUD MİRƏLİOĞLU ALİ MƏCLİSİ TOPLAYIR
MİRMAHMUD MİRƏLİOĞLU ALİ MƏCLİSİ TOPLAYIR9-04-2013, 10:16 |
DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə DİA.AZ-a partiyadan xəbər verilib. KXCP İdarə Heyətinin iclasında - qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Qərarların icrası ilə bağlı müzakirələr zamanı deyilənlər nəzərə alınıb. İdarə Heyətinin iclasında KXCP Ali Məclisinin sessiyasının 28 apreldə keçirilməsi qərara alınıb. İH iclasında Gədəbəydə iş adamlarının hüquqlarının pozulması, onlarla sahibkarın iş yerinin əllərindən alınması, obyektlərinin yandırılması, ictimai-siyasi fəalların polisə çağırılaraq dindirilməsi, polisdə saxlanılaraq onlara təzyiq göstərilməsi qətiyyətlə pislənilib. KXCP İH – İctimai Palatanın Koodinasiya Şurasının üzvü İbrahim İbrahimlinin Naxçıvanda fiziki zorakılığa məruz qalmasını kəskin şəkildə pisləyir və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir. İclasda Tər-tər rayonundaki N saylı hərbi hissədə xidmət edən əsgər Elman İmanovun naməlum şəkildə qətlə yetirilməsindən dərin narahatlıq bildirilib, baş vermiş cinayət faktına görə cinayət işinin açılması və aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunması tələb edilib. KXCP İH – Nardaranda insan haqlarının tapdanmasına etiraz edir, narazılıqların aradan qaldırılmasını, eləcə də son günlər həbs edilən gənclərin, o cümlədən ilahiyyatçı Taleh Bağırzadənin və digərlərinin azad olunmasını tələb edir. KXCP İH – 04 aprel 2013-cü il tarixində məhkəməsi başlayan, haqqında qondarma cinayət işi açılan “Gündəm-xəbər” qəzetinə olan təzyiqləri kəskin şəkildə pipsləyir və hakimiyyəti azad mətbuatın susdurulmasına yönələn addımlardan çəkindirməyə çağırır! Geri qayıt |