Əsas Səhifə > Sosial, Manşet > AYDIN ƏLİYEVDƏN XƏBƏRSİZ GÖMRÜK TALANI
AYDIN ƏLİYEVDƏN XƏBƏRSİZ GÖMRÜK TALANI9-04-2013, 10:35 |
MƏRKƏZİ GÖMRÜK HOSPİTALINDA NƏLƏR BAŞ VERİR: DGK ŞEFİ XƏBƏRSİZDİR DİA.AZ: - Gömrük sisteminin başdan-başa korrupsiyalaşmasına, bu sistemdə rüşvətin tüğyan etməsinə baxmayaraq, hələ də korrupsiyaya qarşı mübarizə apardığını elan edən qurumun hər hansı əməkdaşını Dövlət Gömrük Komitəsinin həndəvərində görən olmayıb. Bildirək ki, DİA.AZ olaraq gömrükdəki özbaşına mühitlə bağlı davamlı olaraq oxucularımızı məlumatlandırmaqdayıq. Redaksiyamıza daxil olan son xəbərlər də məhz göçrük sistemindəki nəzarətsizliklə bağlıdır. Bir müddət əvvəl xəbər vermişdik ki, Mərkəzi Gömrük Hospitalında (MGH) il ərzində dəyəri milyon manatlarla ölçülən maliyyə fırıldaqları həyata keçirilir. Bu gün isə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, sözü gedən hospital xəstələr üçün təhlükə mənbəyinə çevrilib. Mənbənin sözlərinə görə, Mərkəzi Gömrük Hospitalında adi xəstəliklərin müalicəsi üçün yüksək məbləğdə vəsaitin tələb olunması, paralel olaraq tibbi xidmətin keyfiyyətinə diqqətin azalması, diaqnozların düzgün qoyulmaması, müalicə zamanı keyfiyyətsiz dərmanlardan istifadə edilməsi xəstələrin sağlamlığını təhlükədə qoyan faktorlara çevrilib. MGH-da vəziyyət acınacaqlı olsa da, ciddi maliyyə maxinasiyaları nə qədər açıq olsa da hospital rəhbərliyi bunu DGK rəhbərliyindən belə gizli saxlanılmasına çalışır: “Xüsusilə hospitalda müayinə olunan xəstələrə külli miqdarda pul xərcləmələrinə məcbur edilir. Bəzən heç bir ehtiyac olmadığı halda xəstəyə müxtəlif müayinələr təyin edilir. Yeri gəldi-gəlmədi müayinələrin sayını artıraraq, həkimlər öz həmkarlarına xeyir verirlər ki, sonradan həmin vəsaitdən onlara “pay” düşür. Ona görə də eyni xəstəlikdən əziyyət çəkən xəstənin müayinələrinin sayı Mərkəzi Gömrük Hospitalında həkimin “insafından” asılı olaraq dəyişir”. Bundan əlavə DİA.AZ-a mənbənin söylədiklərinə görə, maliyyə maxinasiyalarından əldə olunan milyonlarla vəsaitin Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevdən gizli tutulmasında DGK sədrinin müavinlərindən biri dayanıb. Bunun səbəbinə gəlincə isə mənbə deyir ki, həmin müavin Mərkəzi Gömrük Hospitalında əldə olunan milyonları bölmək və onunla hesablaşmaq istəmir: “Mərkəzi Gömrük Hospitalının tikintisi və təmiri üçün investisya xərcləri bölməsində ayrıca olaraq 10 milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin nə qədərinin təyinatı üzrə xərcləndiyini söyləmək çətindir. Yalnız onu demək olar ki, burda böyük məbləğdə maliyyə vəsaitləri mənimsənilir. Bundan əlavə hospital rəhbərliyi və başda baş həkim Elman Məmmədov olmaqla vəzifələrini qorumaq naminə həmin müavinə aylıq «haqq» ödəyirlər. Bunu müqabilidə isə hospital rəhbərliyi DGK sədrinin tam “qarantını” ala bilirlər”. Mənbə son olaraq qeyd edir ki, hospitalda baş verən ciddi maliyyə maxinasiyalarının tam təfərrüatı barədə yaxın günlərdə bizi daha çox məlumatlandıracaq. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Araşdırmamız davam edir. Bizi izləyin... Geri qayıt |