Əsas Səhifə > Dünya > “FACEBOOK”UN MÜSƏLMAN VERSİYASI GƏLƏN İL İŞƏ DÜŞƏCƏK
“FACEBOOK”UN MÜSƏLMAN VERSİYASI GƏLƏN İL İŞƏ DÜŞƏCƏK3-12-2011, 14:44 |
“SALAMWORLD.COM 3 İLDƏ 50 MİLYON İSTİFADƏÇİ CƏLB ETMƏK NİYYƏTİNDƏDİR” Türkiyədə bir qrup işadamı müsəlmanlar üçün «Facebook» tipli sosial şəbəkə yaratmaq barədə planı açıqlayıb. Saytın ünvanı salamworld.com olacaq və 2012-ci ildən istifadəyə veriləcək. Təşəbbüsün müəlliflərindən olan Əhməd Əzimov bildirib ki, salamworld.com saytı gəncləri sağlam İslam dəyərləri ətrafında birləşdirməyə, bu zaman hər hansı qeyri-sağlam informasiya yaymamağa çalışacaq. Sayt İstanbulda yerləşəcək, Moskva və Qahirədə ofislərə, habelə 30 ölkədə əlaqələndiricilərə malik olacaq. Salamworld.com 3 ildə 50 milyon istifadəçi cəlb etmək niyyətindədir. Əslən Dağıstandan olan Ə.Əzimov deyir ki, layihənin əsas məqsədi dinin qadağan etdiyi mövzulardan uzaq bir onlayn şəbəkə yaratmaqdır: «Buna nail olmaq üçün bizim moderatorlardan ibarət böyük komandamız və filtrlərimiz olacaq. Ancaq biz istifadəçilərin özlərinə güvənirik, ümid edirik ki, onlar da moderatorluq edəcək, mövzuları süzgəcdən keçirəcəklər». Ə.Əzimov layihənin maliyyə mənbələri haqda danışmaqdan imtina etsə də, bildirib ki, maliyyə ilə bağlı heç bir problem yoxdur, investorlar müsəlman dünyasından olan işadamlarıdır. Saytda istifadəçilərin təklif etdikləri mövzuların müzakirəsindən başqa, müxtəlif dini tövsiyələr xidməti də təklif olunacaq. Bundan əlavə, burada ayrı-ayrı şəhərlərdə məscidlərin yerləri, halal məhsulların satıldığı dükanlar barədə bələdçi xidməti də fəaliyyət göstərəcək. Ə.Əzimovun dediyinə görə, salamworld.com onlayn-ensiklopediya olacaq – bir növ İslam «Wikipedia»sı. Geri qayıt |