Əsas Səhifə > Sosial, Manşet > SƏDƏRƏKDƏ ÖZBAŞINALIQ PİK HƏDDƏ

SƏDƏRƏKDƏ ÖZBAŞINALIQ PİK HƏDDƏ


3-12-2011, 14:52
SƏDƏRƏKDƏ ÖZBAŞINALIQ PİK HƏDDƏ

GİRİŞHAQQINI ÖDƏMƏK İSTƏMƏYN SÜRÜCÜNÜ DÖYDÜLƏR

DİA.AZ: - Az əvvəl redaksiyamıza bir şok olayla bağlı məlumat daxil olub. «Dünya» İnformasiya Agentliyinə verilən məlumata görə, bu gün günorta saatlarında «Sədərək» Ticarət Mərkəzinin girişində mühafizəçilərlə sürücülərdən biri arsında qalmaqal yaşanıb.

Hadisə şahidlərinin bildirdiklərinə görə, ailəsi ilə birgə ticarət mərkəzində alış-veriş edən sürücü TM ərazisini tərk edərkən giriş zamanı aldığı kartın müqabilində 50 qəpik istəyən mühafizəçilərlə mübahisə edib:

«Mühabisəyə səbəb sürücünün pulu ödəməkdən imtina etməsi olub. O bildirib ki, nəyə görə, ondan pul tələb edirlər. Və bu zaman mühafizəçilər işə qarışıb və xeyli mübahisə etdikdən sonra sürücünü ailəsinin gözü qarşısında vəhşicəsinə döyüblər».

Şahidlər bildirir ki, hadisə yerinə post-patrul xidmətinin əməkdaşları gəlsələr də, mühafizəçilərə güldən ağır söz deyən olmayıb.


Geri qayıt