Əsas Səhifə > Partiya > PARTİYA SƏDRİ TÜRMƏDƏN MESAJ GÖNDƏRDİ
PARTİYA SƏDRİ TÜRMƏDƏN MESAJ GÖNDƏRDİ10-04-2013, 09:55 |
MÖVSÜM SƏMƏDOV NƏLƏRİ AÇIQLADI? Bir müddət əvvəl İslamazeri.az internet qəzetinin əməkdaşı AİP sədri, doktor Mövsüm Səmədovla görüşüb. Görüş zamanı ölkədəki proseslər və problemlərdən söhbət açılıb. Mövsüm Səmədov üç önəmli məsələ haqda danışıb. Mövsüm Səmədovun öz istəyilə sözügedən məsələləri ölkə ictimaiyyətinə, həmçinin dindarların diqqətinə çatdırırıq: 1. İnsanlar, xüsusilə möminlər Allahı yanlarında bilməlidirlər. Peyğəmbər və imamların onlar haqqında daim dua etdiklərinə əminlik hasil olunmalıdır. Livan müqavimət hərəkatının lideri Seyid Həsən Nəsrullah 2006-cı ildə İsrail işğalçlarına qalib olduqdan sonra demişdi: “Bu qələbəni bizə nəsib edən Allaha təşəkkür edirik. Biz Ayətullah Behcətin isti nəfəsini, duasını hiss edirdik”. Buna görə də, mömin daim bilməlidir ki, istər fərdi, istər siyasi, istər ictimai, istərsə də dini məsələlərdə övliyaların isti nəfəsləri-duaları onlarladır. 2. İkinci məsələ dindarların, xüsusilə ruhanilərin, din alimlərinin haqqındadır. Heç kəs elə düşünməsin ki, onlar olmasalar məscidlər, hüseyniyyələr, mədrəsələr və namazxanalar boş qalacaq və ya işlər getməyəcək. Bunu bilin ki, Allahın bizə ehtiyacı yoxdur və Allah öz işlərini Özü aparır. Yaxşı olar ki, ruhanilər əvvəldən dini məsələlər haqqında, xüsusilə dindarlar üçün problemin çözülməsi önəmli olan məsələlərdə kim hansı mövqedə olmuşdusa, o cür də qalsın. Yəni bu gün təbliğatla məşğul olmağı özünə vəzifə edən qardaşlar (Allah onları da hifz etsin) elə bir addım atmasınlar ki, dini atributların qorunması üçün öz azadlıqlarını qurban verən ruhanilərin işlərinə maneə yaradalar. Allah eləməsin hələ onların əleyhinə söz danışmağı demirəm. Möminlər vəhdətə əməl etsinlər. Xüsusilə din uğrunda mübarizə edən möminlər vəhdət məsələsinə önəm versinlər. Düşmənin istəyi vəhdəti aradan aparmaqdır. 3. Din uğrunda, xüsusilə hicabın azadlığı uğrunda mübarizə aparan möminlərə, xüsusilə ruhanilərə Allahdan gözəl əcr istəyirəm. Mübariz ruhanilər, xüsusilə zindana düşən ruhanilərin hamısına öz təşəkkürümü bildirirəm. Xüsusilə Hacı Abgül Süleymanovun qarşısında təzim edirəm. Xahiş edirəm ki, bu sözləri olduğu kimi qeyd edəsiz: “Hacı Abgül Süleymanov zindandan əvvəl necə idisə, indi ondan da mətin və şücaətli olmasına, mübarizə və müqavimət hərəkatında ruh yüksəkliyi yaratdığına görə ona təşəkkür edir və onun qarşısında təzim edirəm”. Geri qayıt |