Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CEYHUN OCMANLI HARDAN PUL QAZANIR?

CEYHUN OCMANLI HARDAN PUL QAZANIR?


10-04-2013, 10:28
CEYHUN OCMANLI HARDAN PUL QAZANIR?
"İRƏLİ" HAQQINDA SENSASSİON ARAŞDIRMA

Bir aydan çoxdur ki, İrəli İctimai Birliyi haqda apardığım araşdırmaların bir qismini Elitar.Az saytının oxucuları ilə bölüşmək qərarına gəldim. Qeyd edim ki, adıçəkilən təşkilat haqqında araşdırmam təsadüfi olub. Başqa bir mövzu ilə bağlı araşdırma apararkən “İrəli xaricdə təhsil mərkəzi” MMC adı ilə rastlaşdım. Elə araşdırma da buradan başladı…
Araşdırma zamanı adıçəkilən qurum haqqında bir neçə rəsmi sənədləri də əldə edə bildim. Məlum oldu ki, tam adı ”İrəli xaricdə təhsil mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olan qurum 8 iyul 2011-ci ildə qeydiyyata alınıb. Qurumun qeydiyyat nömrəsi (VÖEN): 1801421271-dir. Qurumun qanuni təmsilçisi və təsisçisi Əliyev Əliaslan Mair oğlu adlı şəxsin adınadır. Adıçəkilən şəxsin isə qeydiyyatda olduğu yer naməlumdur.

CEYHUN OCMANLI HARDAN PUL QAZANIR?

Araşdırma zamanı maraqlı məqamlar da ortaya çıxdı. Məlum oldu ki, “İrəli xaricdə təhsil mərkəzi” MMC 2011-ci ildə qeydiyyata alınıb, elə 2011-ci ildə də tender udub. Bu isə tamamilə qanunsuzdur. Belə ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununda bu qadağan olunur. Qanunvericiliyə əsasən qurum yarandığı vaxtdan ən azı 3 il sonra tender uda bilər. Çünki tender elan olunarkən qurumun yaranma tarixi də nəzərə alınır.
CEYHUN OCMANLI HARDAN PUL QAZANIR?
Araşdırma zamanı məlum oldu ki, adları eyni olan qurumlar bir-biri ilə bağlıdır. “İrəli” xaricdə təhsil mərkəzi MMC və “İrəli” İctimai Birliyi. Məlum olduğu kimi deputat Ceyhun Osmanlı “İrəli” İctimai Biriliyinin həmtəsisçisidir. Təşkilat adına gələn pullara da deputat özü nəzarət edir. Təşkilata ayrılan pullarla yetinməyən deputat əlavə sahəyə də əl atıb. Belə ki, o “İrəli” Xaricdə Təhsil Mərkəzini yaradır. Qurumu yaxın adamının adına keçirdir. Deputat Osmanlı “İrəli” XTM-ni öz adına keçirtmir ki, bu insanlar arasında şübhə doğurmasın və məsuliyyət birbaşa onun üzərinə düşməsin. Rəsmi sənədlərdə də göstərilir ki, bu qurum “İrəli” İB-nin nəzdində fəaliyyət göstərir. Belə ki, “İrəli” İB-nə üz tutan gənclər “İrəli” XTM vasitəsiylə xaricdə təhsil almağa göndərilir. Maraqlı məqam ondadır ki, xaricdə təhsil almaq istəyənlər quruma külli miqdarda pul ödəməlidirlər. Eyni zamanda təhsil almaq istəyən gənc universitetə imtahan vermir. Adıçəkilən qurum həmin universitetlərlə bağlantı yaradır və işi yoluna qoyur. Beləliklə minlərlə insanın qanunsuz təhsil alması bu qurum tərəfindən həyata keçirilir. Məlumata görə, qurumdan yığılan pullar isə deputat Osmanlı və onun ətrafındakı şəxslərlə bölüşdürülür.
“İrəli” XTM-in qeydiyyat və hüquqi ünvanı da çox müəmmalıdır. Araşdırma zamanı bu ünvanda başqa bir neçə şirkətin də qeydiyyatdan keçdiyi aşkar olundu. Həmçinin həmin ünvandan saytımıza bildiriblər ki, burada “İrəli” XTM adlı qurum fəaliyyət göstərmir. Görünür ki, qurum formal olaraq bu ünvanda qeydiyyata alınıb.

CEYHUN OCMANLI HARDAN PUL QAZANIR?

Araşdırma bununla bitmir. “İrəli” İctimai Birliyi də tender udub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin elan etdiyi tenderdə “İrəli” İctimai Birliyinə 45722,48 manat pul vəsaiti ayrılıb. Vəsait “Gənclər arasında sığorta ilə bağlı maarifləndirmə və sığorta mədəniyyətinin yüksəldilməsi istiqamətində işlərin aparılması, sığorta işinin gənclərə daha fərqli və kreativ üsullarla çatdırılması xidmətlərinin satın alınması” üçün ayrılıb. Lakin “İrəli” İctimai Birliyi 45 min manatdan çox pul vəsaiti alsa da göstərilən işlə bağlı gözəçarpacaq addımlar atmayıb. Pul vəsaitinin isə hara xərcləndiyi haqda məlumat verilmir.
Ardı var…
Elmin Bədəlov
Elitar.Az

Geri qayıt