Əsas Səhifə > Sosial, Manşet > FARS MİLLƏTÇİLƏRİ RUSLARI OYUNA QOŞMAQ İSTƏYİR

FARS MİLLƏTÇİLƏRİ RUSLARI OYUNA QOŞMAQ İSTƏYİR


10-04-2013, 10:43
FARS MİLLƏTÇİLƏRİ RUSLARI OYUNA QOŞMAQ İSTƏYİR
TEHRAN NƏ ETSƏ DƏ, AZƏRBAYCAN BİR OLACAQ, TƏBRİZ BAŞKƏND OLACAQ

DİA.AZ: - Son günlər fars-molla rejimi Azərbaycana qarşı daha da aqressiv mövqe nümayiş etdirməkdədir. Əgər dünənə qədər antiAzərbaycan ruhlu açıqlamalar ayrı-ayrı ayətullahların, iranlı din xadimlərinin dilindən səslənirdisə, indi İranın dövlət rəsmiləri belə ölkəmizə qarşı hədyan danışıqlarını intensivləşdirməklə yanaşı, hətta Azərbaycan dövlətinin ərazisinə iddiada da bulunurlar ki, bu da əslində fars millətçilərinin qabaqcadan gəlmişliyindən başqa bir şey deyil. Sanki bu yolla mollalar Azərbaycan türkünün bütövlük arzusunu önləməyi qəsd edirlər.

Qeyd edək ki, artıq İran parlamentində Türkmənçay müqaviləsinə yenidən baxılması üçün müvafiq qanun layihəsi hazırlanır, müzakirə gözlənilir. Hər halda, bu müqavilə ilə Azərbaycan torpaqları ikiyə parçalanıb. Amma farsların lehimizə hansısa qərar verəcəyi gözlənilən olmadığı kimi, onların bu yolla könül bulandırmaqdan başqa heç nəyə nail olmayacaqları da şübhəsizdir. Hər halda, bu gün Azərbaycan dövlətinə «referendum keçirin, İrana birləşin» təklifini edən fars millətçiləri yaxşı başa düşürlər ki, hər iki ölkədə referendum keçirilərsə, İran adlanan dövlət yer üzündən silinər, çünki bu gün əhalisinin böyük çoxluğu Azərbaycan türkləri olan bu ölkədəki əsir vətəndaşlarımız məhz hər iki Azərbaycanın birləşməsinə səs verərlər. Amma Azərbaycanda İrana birləşmək xülyasına səs verənlərin sayı tək əldəki barmaqların sayını belə keçməz.

DİA.AZ bildirir ki, bu kimi absurd ideyalarla köklənmiş fars millətçiləri hətta öz təxribatlarını inkişaf etdirmək üçün rusları belə prosesə cəlb etmə yönündə təşəbbüsdə bulunurlar. Belə ki, molla mətbuatında yazılanlara görə, Türkmənçay müqaviləsini imzalayan ikinci tərəf kimi ruslara müraciət edilməsinin vacibliyini vurğulayan iranlı parlamentarii Kəmaləddin Pirmoazzən bildirib ki, onlar da bu danışıqlarda iştirak etməli, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsini imzalayan tərəf kimi, həmin müqavilənin ləğvini təsdiqləməlidirlər.

Hər halda, bu absurda Rusiyanın müsbət yanıt verəcəyi gözlənilən olmasa da, İranın təxribatlarının bundan sonra daha da inkişaf edəcəyi şübhəsizdir.

Geri qayıt