Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIDA İŞSİZLƏR NECƏ TƏLƏYƏ DÜŞÜR?
BAKIDA İŞSİZLƏR NECƏ TƏLƏYƏ DÜŞÜR?10-04-2013, 10:51 |
GƏNCLƏRİMİZ FIRILDAQÇILARIN ƏLİNDƏ QALIB Gənclərin əksəriyyətinin işsiz durumda olmasından yararlanan fırıldaqçı firmaların olmasından mətbuat dəfələrlə yazıb. Lakin Bizimxeber.az-a bu günlərdə daxil olan bir məlumat sözün həqiqi mənasında şok effekti yaradıb. Redaksiyamıza müraciət edən 25 yaşlı Elburus Hacıyev başına gələn dələduzluq olayından danışıb. Əməkdaşımızın da araşdırdığı bu hadisə ilə bağlı ortaya sual doguracaq xeyli məsələlər çıxıb. Bölgələrdən birindən Bakıya iş dalıyca gələn Elburus Hacıyev deyir ki, bir müddət öncə o Bakıda olan işədüzəltmə firmalarından birinə müraciət edərək yüksək maaşlı bir iş axtarıb. Onu Babək prospektində olan ərzaq və digər məhsulların paylanma məntəqəsinə yollayıblar. İşsiz gəncin başına gələn ilginc olaylar bundan sonra başlayıb: “Düzü mənim mətbuata üz tutmağımda bir məqsəd oldu. Mənim kimi işsiz olan digər gənclərin də üzləşdiyim problemlə rastlaşmaması. Mən Marketlərə ərzaq və digər məhsulları paylamaqla məşğul idim. İki ay bu işdə çalışandan sonra məni ofisə çağırıb dedilər ki, bəs sən uğurlu işlədiyin üçün bizə burda-anbarda lazımsan. Anbardar ol və 1200 manat yaxın məvacib al. Sevincimdən razılaşıb toya hazırlıq xəeclərimə də bu maaşın yardımcı olacağını düşündüm. Hardan bilərdim ki, fırıldaqçı bir qrupun əlinə düşmüşəm? Anbardar işləyəndən bir ay keçməmişdi ki, bir gün işə gələndə anbarın qıfılının sındırılmış olduğunu gördüm. Açar məndə idi. Tez rəhbərliyə zəng edib məsələnin nə yerdə olduğunu onlara anlatdım. Sanki kənardan pusquda dururlarmış kimi 20 dəqiqə sonra mühasibatçıdan tutmuş fəhləyəcən hamı hadisə yerində oldu. Adını çəkmək istəmirəm rəhbərin və bu şirkətin. Çünki onların əlindən canımı güclə qurtardım. Təsəvvür edin ki, adam mənə deyir sən anbardan mal oğurlamısan. Açar səndədir sən cavabdehsən. İçəridən paltaryuyan ağardıcıların sayında problem var. Dedim axı qıfıl sındırılıb açılmayıb… Dedilər bunun məsələyə dəxli yoxdur sən cavabdehsən. Guya min manata yaxın mal oğurlamışam. Sual olunur hansı ağılsız anbardar ilk işlədiyi ayda bir gecədə risk edib bu qədər mal oğurlayar? Atama xəbər verməyimi məsləhət verdilər əks təqdirdə polisə zəng vuracaqdılar. Atam gəldikdən sonra 2000 in manatla xoşluqla məsləni ört-basdır elədik. Çünki hamı bilir ki məsələ polisə düşsəydi məhkəməlik olsaydı məni nələr gözləyəcəkdi. Sonradan orada fəhlə işləyən yaxın yoldaşlardan birindən eşitdim ki, sən demə bu cür qurama işlə rastlaşan ilk adam deyiləm. Onlar işədüzəltmə firması ilə əlbir olublar və hər üç aydan bir belə işsiz gəncləri şirnikləndirib anbardar edərək tələyə salırlar. Mən bu tələyə düşdüm digər gənclərə ehtiyatlı olmalarını tövsiyə edirəm. Bir vəkil ilə söhbətimdə məlum oldu ki, əgər hadisə olan vaxtı vəkilə müraciət etsəydim bu işdən üzüağ çıxa bilərdim”. Onu da bildirək ki, əməkdaşımız sözügedən şirkətin hadisə ilə bağlı mövqeyini öyrənməyə çalışacaq. Məsələ ilə bağlı hələ ki, araşdırma aparırıq. Geri qayıt |