Əsas Səhifə > Güney Press, Araşdırma > "BAKU STEEL" AZƏRBAYCAN DÖVLƏTİNƏ MEYDAN OXUYUR
"BAKU STEEL" AZƏRBAYCAN DÖVLƏTİNƏ MEYDAN OXUYUR10-04-2013, 11:46 |
“Baku Steel Company” MMC aprelin 8-9-da aparıcı Qərb şirkətlərinin təmsilçiləri ilə görüş keçirib, ikitərəfli saziş və Azərbaycanda yeni metallurgiya komplekslərinin yaradılması üzrə memorandum imzalayıb. Amma demə sazişlər “Baku Steel Company” (BSC) MMC-yə dəxli olmayan müəssisələrlə bağlıdır. Şirkət, deyəsən, gerçəkdən “Det.Al Holding Limited” şirkətini bazardan çıxarmaq istəyir. Öz tərəfdaşlarını Bakıda Dünya İqtisadi Forumuna dəvət edib 1,4 mlrd avro məbləğində saziş bağlayan BSC sahibləri Azərbaycan hökuməti və xarici investorlarla açıq qarşıdurmaya gedir. Sazişlər dövlət mülkiyyətində olan iki müəssisə ilə bağlıdır. Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat katibi Qulu Xəlilov Turan-a bildiirb ki, hökumət ƏMDK-nin şəxsində «BSC-yə onun adından danışıqlar aparıb belə saziş bağlamaq səlahiyyəti verməyib». Dövlət “Daşkəsən Filizsaflaşdırma” ASC və “Azerboru” ASC-də 97-99% paya malikdir. ƏMDK-nin 2006-cı ildən Det.Al Limited şirkəti ilə “Daşkəsən Filizsaflaşdırma”ya investisiya cəlb edilməsi üzrə sazişi var. BSC-nin gözaltı etdiyi “Azərboru” isə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilməlidir və hazırda maliyyə məsləhətçisi axtarılır. “Det.Al Holding Limited” Azərbaycan təmsilçiliyinin direktoru Sərxan Babayev Turan-a bildirib ki, şirkət Daşkəsəndə işləyir və Gəncədə investisiyasını davam etdirir. BSC mətbuat katibi Namiq Əhmədov bu qarşıdurma barədə şirkət rəhbərliyinin mövqeyinin bu gün açıqlanacağını bildirib. “Baku Steel Company” sahibi barədə müxtəlif şayiələr var. O, offşor zonada (Men adası, Britaniya) qeydiyyatdadır. “Det.Al Holding Limited”in sahibi barədə məlumat yoxdur. Onun həmçinin BƏƏ-də ofisi var. “Baku Steel Company”nin adı 2011-ci ildən yerli KİV-də polad və metal prokatı istehsalı müəssisələrinin ələ keçirilməsi və istehsalın donduruilmasına məcbur etməkdə hallandırılır. “Daşkəsən Filizsaflaşdırma” və “Azərboru” eyni özəlləşdirmə yolu keçib. Hər ikisi 2003-2004-cü illərdə Britaniya şirkətləri tərəfindən (“Aldex Limited” və “Targol İnvestment”) özəlləşdirilib. 2-3 il sonra investisiya öhdəliyinə icra edilməməsi səbəbi ilə hər iki investorla saziş ləğv edilib. “Baku Steel Company” və “SMS Simag” (Almaniya) aprelin 8-də Gəncədə metallurgiya istehsalı və Sumqayıt Boru Prokatı Zavodunun yenidən qurulması layihəsinin öyərənilməsi barədə razılığa gəlib. “Siemens” VAI şirkəti ilə Daşkəsəndə yeni müəssisə tikilməsi barədə memorandum imzalanıb. Apreli 9-da “Baku Steel Company” bu və başqa layihələr üzrə “Air Liquide” (Fransa) və “Midrex” (ABŞ) şirkətləri ilə saziş imzalayıb. Geri qayıt |