Əsas Səhifə > Güney Press, Araşdırma > BAKININ POLİS RƏİSİ DƏ İŞDƏN ALINACAQ
BAKININ POLİS RƏİSİ DƏ İŞDƏN ALINACAQ10-04-2013, 11:58 |
Azərbaycanın hüquq-mühafizə orqanlarında ciddi kadr dəyişiklikləri gözlənilir. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov tutduğu postdan azad ediləcək. Buna səbəb kimi, son vaxtlar Bakıda ictimai-siyasi aksiyaların kütləviləşməsi və paytaxt polisi rəhbərliyinin bu situasiyanı idarə etmək istiqamətində səylərinin qaneedici olmamasıdır. Məlumatda həmçinin vurğulanır ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi postuna yeni gətiriləcək şəxsin adı da məlumdur. Belə ki, Rafiq Abbasovu Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovun əvəzləyəcəyi gözlənilir. Seyidov hüquq-mühafizə sisteminin ən təcrübəli kadrlarından sayılır. 53 yaşlı general-mayor Mirqafar Seyidov 1989-cu ilin oktyabr ayından Daxili İşlər Orqanlarında xidmətə başlamış və hazırkı posta gətirilənədək bir çox müxtəlif önəmli vəzifələrdə xidmət etmişdir. Əslində Rafiq Abbasov da peşəkar kadr sayılır, amma indiki vəziyyətdə paytaxta daha sərt nizam-intizama malik bir generalın təyinatı daha məqsədəuyğun hesab olunur. Verilən məlumatlarda Seyidovdan boşalacağı iddia edilən vəzifəyə təyin olunacaq şəxsin də adı da göstərilir. İddiaya görə, hazırki rəis “qoroddel” rəhbərliyinə gətiriləcəyi təqdirdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Nəsimi rayon polis şöbəsinin indiki rəisi Musa Musayevə həvalə olunacaq. Qeyd edək ki, Musa Musayev daha əvvəl Xəzər rayon polis şöbəsinin rəisi postunda çalışıb və ilyarım əvvəl, 2011-ci ilin noyabrında Nəsimi polisinin rəhbərliyinə təyinat alıb. unikal.org \ Geri qayıt |