Əsas Səhifə > Cəmiyyət, Manşet > GENERAL VAQİF AXUNDOVUN DAHA BİR QURBANI

GENERAL VAQİF AXUNDOVUN DAHA BİR QURBANI


10-04-2013, 14:45
GENERAL VAQİF AXUNDOVUN DAHA BİR QURBANI
ANA OĞLUNUN GÜNAHSIZ OLDUĞUNU DEYİR

DİA.AZ: - Bakı sakini Zemfira Paşayeva çərşənbə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirdiyi mətbuat konfransında oğlu Şirxan Paşayevin qanunsuz olaraq azadlıqdan məhrum edildiyini bildirib.

Onun sözlərinə görə, oğlunu yüksək vəzifəli şəxslər bada veriblər və saxta dələduzluq ittihamı ilə 11 il həbs edilib. O, həmin şəxslərin sırasında Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin rəhbərlərindən birinin adını çəkib.

Onun həbsinə “Bursa” MMC-nin mühasibi Gülər Talıbovanın şikayəti əsas olub. Cinayət işi vaxtilə yaxın münasibətdə olmuş Ş.Paşayevlə G.Talıbova arasındakı şəxsi münaqişə səbəbindən saxtalaşdırılıb.

2011-ci il avqustun 23-də G.Talıbova Binəqədi rayon polis şöbəsinə ərizə verərək bildirib ki, guya Şirxan onu döyüb. Lakin sübut olmadığından onu buraxıblar. Bununla belə, yanvarın 12-də Şirxan DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb və həbs olunub. Buna Şirxanın “Bursa” MCC-nin 107 min manatını mənimsəməsi barədə G.Talıbovanın şikayəti səbəb olub. Lakin Şirxanın bu firmaya heç bir aidiyyatı yoxdur, olmayıb, orada işləməyib.

Məhkumun anası bildirib ki, pulları Gülər özü götürüb. Cinayət işi isə prezidentin təhlükəsizlik xidmətindəki yüksək vəzifəli himayədarı tərəfindən saxtalaşdırılıb.

“Oğlumun günahsız olmasına baxmayaraq, Binəqədi məhkəməsinin hakimi Həsən Əliyev ittiham hökmü çıxarıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov isə bu qərarı qüvvədə saxlayıb. Hazırda Ali Məhkəməyə kassasiya şikayəti göndərilib”, - Z.Paşayeva bildirib.

İstintaq onun oğlunu 65 min manatı mənimsəməkdə ittiham edir. Lakin bunu sübut edən heç bir yazılı sənəd yoxdur.

Z.Paşayeva Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun, baş prokurorun birinci müavini Rüstəm Usubovun, DİN rəhbəri Ramil Usubovun, ombudsmanın qəbulunda olub. “Onların hamısı oğlumun günahsız olması ilə razılaşır, lakin etiraf edirlər ki, heç bir edə bilməzlər”, - Z.Paşayeva vurğulayıb.

Ana prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın ədalətin bərpasına yardımçı olacaqlarına ümid edir.

DİA.AZ məlumatda sözügedən digər şəxslərin də fikirlərini dərc etməyə hazırdır.

Geri qayıt