Əsas Səhifə > Cəmiyyət, Manşet > QƏRİB MƏMMƏDOVUN İŞÇİSİ ABŞERONDA AT OYNADIR
QƏRİB MƏMMƏDOVUN İŞÇİSİ ABŞERONDA AT OYNADIR10-04-2013, 14:59 |
MÜBARİZ VƏLİYEVİN TORPAQ MAXİNASİYASI DİA.AZ: - “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində özbaşınalıqların, saxtakarlığın və digər korrupsiya hallarının baş alıb gedir”. Qeyd edək ki, bu sözlər DİA.AZ-a göndərilən şikayət məktublarındandır. Bildirək ki, sözü gedən şöbənin müdiri Mübariz Vəliyevin yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar dəfələrlə ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində dərc olunub. Bu faktların əsasında isə ilk növbədə Mübariz müəllimin rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. Məktubda deyilir: “Rayonun əksər ərazilərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Mübariz müəllimin “yenilikçiliyi” isə bələdiyyələrin artıq qurumaqda olan gəlir mənbələrinə yeni həyat verir. Bələdiyyə sədrlərinin Torpaq şöbəsinin müdirinə olan rəğbətləri də məhz onun bu kimi “tapıntılarından” qidalanır”. Məlumatlarda bildirilir ki, bu gün Mübariz Vəliyevin xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirlər: “Belə faktlar saysız-hesabsızdır. Narazılıqların yaranmasına daha bir səbəb isə Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması faktıdır. Belə ki, Mübariz Vəliyev və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir və həmin torpaqların digər rayon sakinlərinə icarəyə verilməsinə şərait yaradırlar”. Həmçinin məlumatlarda iddia olunur ki, bu cür sənədi vermək üçün onlar rəy verəcəkləri torpaqların hər hektarına görə vətəndaşlardan 250-300 manat məbləğində rüşvət alırlar. Məsələn, bir müddət əvvəl bir qrup Hövsan kənd sakini kütləvi informasiya vasitələrinə əkin sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən satıldığı barədə məlumatla müraciət etmişdilər. Müraciətdə bildirilirdi: “Bizim kəndin torpaq sahələri Abşeron və Suraxanı rayonları arasında bölünüb. 1963-cü ildə kəndimizin torpaq sahələrinin bir qismi Abşeron rayonuna 25 illik icarəyə verilib. İcarə müddəti artıq çoxdan başa çatıb. Buna baxmayaraq Abşeronun icra başçısı bizim torpaqlarımızı qanunsuz olaraq müxtəlif şəxslərə 90 illiyinə icarəyə verir. Bu işə Abşeron Rayon İcra Hakimiyyətinin torpaq şöbəsinin müdiri Mübariz Vəliyev rəhbərlik edir”. Lakin mətbuat səhifələrində dərc olunan materiallarla yaxından tanışlıq belə nəticəyə gəlməyə imkan verir ki, Mübariz Vəliyevin saxtakarlıqları kifayət qədər “qədim tarixə” malikdir. Belə ki, hələ 2010-cu ildə ölkə mətbuatında dərc olunmuş məlumatlarda M.Vəliyevin Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsinə dair saxta sənədlər tərtib etdiyi göstərilirdi: “Bu sənəd torpaq şöbəsinin müdiri Mübariz Vəliyevə verilmiş 80 min manat rüşvət müqabilində alınıb və onun arxivdə kötüyü yoxdur. Bununla bağlı Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət edilib, Mübariz Vəliyevin əməlləri araşdırılır”... Lakin görünür bu araşdırmaların nəticəsi elə də effektli olmayıb.Əks halda M.Vəliyev bu gün də tutduğu vəzifədə qalmaqla öz qanunsuz əməllərinə davam edə bilməzdi. Onu da qeyd edək ki, bu xüsusda yaranan suallarımıza aydınlıq gətirmək məqsədilə Mübariz müəllimlə əlaqə saxlamaq cəhdlərimiz də baş tutmadı. Amma rayondakı mənbələr şöbə müdirinin öz əməllərinə dair ümumiyyətlə bir kimsəyə nə hesabat, nə də bir açıqlama verməyə qətiyyən meyilli olmadığını bildirirlər. Geri qayıt |