Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SİYASİ MÜHACİRLƏR AVROPADA MİTİNQƏ HAZIRLAŞIR
SİYASİ MÜHACİRLƏR AVROPADA MİTİNQƏ HAZIRLAŞIR11-04-2013, 08:48 |
BUNUNLA BAĞLI DAH AÇIQLAMA YAYDI DİA.AZ: - Avropada yaşayan siyasi mühacirlərimiz Avropa Şurası Parlament Assambleyasının binası qarşısında aksiya keçirməyə hazırlaşır. Bu barədə DİA.AZ-a siyasi mühacirlərin yaratdığı Demokratik Azərbaycan Hərakatından məlumat verilib. Xəbərdə deyilir: “Əziz dostlar, hörmətli dünya azərbaycanlıları! Sizlərə müraciət edərək bildiririk ki, qarşıdan çox önəmli günlər gəlir. Aprel ayının 22-26 tarixləri arasında Fransa Respublikasının Strasburg şəhərində Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Öz sıralarında Avropada və dünyada yaşayan azərbaycanlı siyasi mühacirləri, bloqerləri, hərbçiləri, jurnalistləri, ziyalıları və sadə vətəndaşları birləşdirən Demokratik Azərbaycan Hərakatı 22 aprel tarixində Strasburgda - AŞPA binası önündə mitinq keçirəcək, toplantı təşkil edəcəkdir. Dünyanın bütün ölkələrində yaşayan demokratiya tərəfdarı azərbaycanlılara müraciət edərək bu aksiyaya çağırırıq. Aksiyayla bağlı Təşkilat Komitəsi yaradılıb və DAH üzvləri bu komitənin üzvləridirlər. Aksiyayla bağlı detalları dəqiqləşdirmək üçün DAH üzvlərinə (facebookda DAH qrupu və ya www.dah24.eu) müraciət edə bilərsiniz. Demokratik Azərbaycan naminə, inləyən və tapdalanan vətənimiz naminə 1 gününüzü bu aksiyaya ayırın. Strasburga gəlin. Səsimizi, etirazımızı dünya duysun! Bu gün qərar verin ki, sabah Azərbaycan üçün gec olmasın! Unutmayın: 22 aprel saat 12:00-dan 15.00-a qədər aksiya olacaq . 15:00-dan 17:00-a qədər isə müzakirələr aparılacaq”. Geri qayıt |