Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ABŞERONDA MƏKTƏBLƏRDƏN KİM HAQQ YIĞIR?

ABŞERONDA MƏKTƏBLƏRDƏN KİM HAQQ YIĞIR?


11-04-2013, 08:53
ABŞERONDA MƏKTƏBLƏRDƏN KİM HAQQ YIĞIR?
BU İŞDƏ BAŞÇININ MÜAVİNİNİN DƏ ADI HALLANIR

DİA.AZ: - Ölkənin təhsil sistemində ciddi boşluqların olduğu dəqiqdir. Bunu təhsil naziri Misir Mərdanov da təsdiqləyir. Məsələ belədir ki, bəzi rayonların təhsil şöbələri yerli İcra Hakimiyyəti orqanları ilə əlbir olaraq, orta məktəblərdən qazanc yeri kimi istifadə edir.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Abşeron rayonunda bu sahədə vəziyyət olduqca bərbaddır. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini İradə Gülməmmədova və yerli təhsil şöbəsinin müdiri Nadir müəllim artıq bu sahədə ad çıxaran tərəflərdən biridir.

Araşdırma zamanı məlum olub ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən orta məktəblərin direktorları İradə Gülməmmədova və Nadir müəllimin əlindən qan ağlayırlar. Belə ki, adları çəkilən şəxslərin onlardan konkret olaraq pul tələb etdiyinə dair bilgilər var. DİA.AZ bildirir ki, bu barədə demokratiya.info portalı xəbər yayıb.

Bu barədə vurğulanır ki, təhsil şöbəsinin müdiri orta məktəblərdə məktəbli formaları satdırır. Məcburi qaydada həyata keçirilən bu satış işi ilə bağlı Nadir müəllim deyir ki, məsələ onluq deyil.Çünki yığılan pul birbaşa İradə Gülməmmədovaya gedir.

Həmçinin o da məlum olub ki, orta məktəblərdə xəstə uşaqlara görə də əlavə dərs saatlarından pul çıxara bilirlər. Belə ki, belə uşaqlar üçün əlavə dərs saatları ayrılır, amma dərslər keçirilmir. Bu saatlar üçün nəzərdə tutulmuş pulları isə özlərinə götürürlər.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt