Əsas Səhifə > Dünya > SƏFƏRDƏ OLAN PREZİDENTƏ SÜRPRİZ
SƏFƏRDƏ OLAN PREZİDENTƏ SÜRPRİZ11-04-2013, 09:19 |
FƏLƏSTİNİN BAŞ NAZİRİ İSTEFA VERDİ Fələstin muxtariyyətinin Baş naziri Salam Fəyyad vəzifəsindən istefa verib. Fəyyad istefa barədə öz xahişini İordaniyada səfərdə olan prezident Mahmud Abbasa göndərib. Bu barədə İTAR-TASS Reuters agentliyinə istinadən məlumat verib. Fəyyadın istefa verməsinin səbəbi onun Abbasla dövlət siyasətinin əsas istiqamətlərində yaranmış böyük fikir ayrılığı olub, məlumatda deyilir. Müşahidəçilərin fikrincə, həmin fikir ayrılığı o həddə çatmışdır ki, hətta prezident onu məcburən istefaya göndərə bilərdi. Aprel ayının əvvəlındə, Salam Fəyyad mədə ağrıları ilə xəstəxanaya yerləşdirilib. Müayinədən sonra Fəyyad iş fəaliyyətinə davam etmişdi. Mahmud Abbas İordaniyadan bu gün ərzində qayıtmalıdır. Geri qayıt |