Əsas Səhifə > Şou-biznes > "HADİSƏLƏR O QƏDƏR MARAQLI CƏRƏYAN EDİR Kİ"...
"HADİSƏLƏR O QƏDƏR MARAQLI CƏRƏYAN EDİR Kİ"...11-04-2013, 09:20 |
AKTRİSA "LƏKƏ"DƏN DANIŞDI Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova Kənan M.Mahmudovun rejissoru olduğu “Ləkə” serialında Arzu rolunu oynayır. Aktrisa hal-hazırda olan çəkiliş prossesi haqda Milli.Az-a danışıb: “Hal-hazırda Arzu üçün çox maraqlı bir dönümdür. Arzunun daha çətin həyat prosesləri bundan sonra başlayır. Qəhrəmanlar çox maraqlı situasiyalarla qarşılaşacaqlar, baxmağa dəyər (gülür). Çəkiliş prosesi çox çətindir, həm də asan, amma ümumilikdə çox maraqlıdır. Əsas odur ki, biz komandayıq və həqiqətən də, bu işi bacara bildik. Çünki yəqin bilirsiniz ki, bu serial reytinqdə 1-ci yeri tutub və çox sevinirik ki, əziyyətimizin bəhrəsini görürük. Çəkilişlər müxtəlif Bakı ətrafı məkanlarda olur. Hadisələr o qədər maraqlı cərəyan edir ki, bu da ssenarist Battal Qazi Karabulağın və eyni zamanda da rejissor Kənanın əməyidir. Biz artıq bu uğurlu işə imza atmışıq. Hələ ki, “Ləkə” serialının 40 seriya çəkiləcəyi nəzərdə tutulub, hazırda isə 15-ci seriya üzərində işləyirik. Ümumiyyətlə, deyim ki, bu serialda hər bir şey bir-birini tamamlayır”. Geri qayıt |