Əsas Səhifə > Şou-biznes > “GECƏ RAHAT YUXU YATMIRAM”
“GECƏ RAHAT YUXU YATMIRAM”4-12-2011, 11:45 |
“BU ŞƏRAİTDƏ ÖZÜMÜ LAP QƏHRƏMAN KİMİ HİSS EDİRƏM” Müğənni Xuraman Şuşalı hər gününü həm 6 aylıq körpəsinə, həm də sənət işlərinə ayırır. Bunlar üçün böyük enerji sərf edən sənətçi, studiyaya girib mahnı yazdıranda özünü qəhrəman hiss edir. Xuraman Şuşalı bu haqda Milli.Az xəbər portalına danışdı: «Gecə rahat yuxu yatmıram, səhər açılır və günümün əsas hissəsini uşağa ayırıram. Sonra da vaxt tapıb studiya gedib, mahnı yazdırıram. Bu şəraitdə özümü lap qəhrəman kimi hiss edirəm. Doğrudan da bu qədər işin öhdəsindən gəlmək çətindir». Müğənninin fikrindən dayə tutmaq keçsə də, anası ona icazə verməyib. Hazırda ikili albom üzərində çalışan Xuraman, əksəriyyət həmkarları kimi işini xaricdə deyil, elə Vətəndə həll edəcəyini bildirdi: «Mənim də fikrimdən Türkiyə və başqa ölkələrə gedib, daha yüksək səviyyədə iş görmək keçir. Amma hələlik bu, mümkün deyil. Böyüməkdə olan övladımın yanında olmağım daha vacibdir. Hər gün haldan-hala düşür. Heç olmasa, bir yaşını tamamlasın, bu barədə o zaman düşünərəm». Alboma gəlincə, öyrəndik ki, bunun bir hissəsini Xuramanın hazırda yazdırdığı yeni mahnıları təşkil edəcək. Burada Gövhər Həsənzadə, Nailə Mirməddəli, Elvin Musayev və başqa bəstəkarların onun üçün yazdığı mahnılar yer alır. İkinci hissə sırf kliplərdən ibarət olacaq ki, burada artıq görüntülənən və yaxın vaxtlarda çəkiləcək kliplər daxildir. Xuramanın yaradıcılığını təşkil edəcək daha bir maraqlı işi Azərbaycan haqqında çəkdirəcəyi klipidir. Ekran işində yallı rəqsi daxil ediləcək. Müğənni bu layihə ilə vətənpərvərlik hissini göstərəcəyini qeyd etdi. Geri qayıt |