Əsas Səhifə > Cəmiyyət, Manşet > NEFTÇALADAN HƏYƏCAN DOLU XƏBƏR GƏLDİ

NEFTÇALADAN HƏYƏCAN DOLU XƏBƏR GƏLDİ


11-04-2013, 16:10
NEFTÇALADAN HƏYƏCAN DOLU XƏBƏR GƏLDİ
İCRA BAŞÇISI ÇAYXANALARA QARŞI REYDƏ ÇIXIB

DİA.AZ: - Redaksiyamıza Neftçala sakininin müraciəti daxil olub. DİA.AZ-a məlumat verən rayon sakini bildirir ki, 3 gündür ki, Neftçalada fövqəladə rejim hökm sürməkdədir.

Bunun səbəblərini anlamadığını bildirən rayon sakini redaksiyamıza «Facebook» vasitəsilə yazdığı müraciətində bildirir: «3 gündür ki, axşam saat 1 radələrindən sonra yerli əhaliyə rayon mərkəzində küçəyə çıxmaq qadağan edilib. Hətta çayxanaları belə bağlayırlar. Başa düşmək olmur ki, nə baş verir».

Bununla bağlı müraciət etdiyimiz bir başqa rayon sakini isə bildirdi ki, rayonda vəziyyət deyilən kimi olmasa da, yerli əhali rəhbərlikdən narazıdır: «Ola bilsin ki, hansısa ərazilərdə belə bir uyğulama var. Və bu hal varsa, 100 faiz icra başçısının ehtiyat tədbiridir. Çünki bir dəfə rayonda ayaqlanma cəhdi olub. İcra başçısı sahibkarların üsyan tədarükünü ustalıqla yatırdı. İndi də eyni qaydada narazılıqqabağı önləmə tədbiri ola bilər».

Geri qayıt