Əsas Səhifə > Sosial, Manşet > İKİ KOMİTƏ SƏDRİ İLƏ BAĞLI YEKUN QƏRAR VERİLİB
İKİ KOMİTƏ SƏDRİ İLƏ BAĞLI YEKUN QƏRAR VERİLİB12-04-2013, 10:06 |
NAZİM İBRAHİMOV VƏ KƏRƏM HƏSƏNOV VƏZİFƏDƏ ÇOX QALMAYACAQLAR DİA.AZ: - Redaksiyamıza maraqlı bir müraciət daxil olub. Özünü hakimiyyətdə nüfuzlu məmurlardan birinin yaxın qohumu kimi təqdim edən, amma eyni zamanda anonim qalmasını arzulayan mənbə bildirib ki, yaxın günlərdə iki dövlət komitəsi sədri ilə bağlı yekun qərar verilə bilər. Mənbənin iddia etdikləri: «Onlardan biri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, digəri isə Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Hər iki komitə sədri iqtidariçi çəkişmələr fonunda kifayət qədər müdafiəsiz qalıblar. Onları kimsə müdafiə etmədiyindən, hakimiyyətin daxilində cərəyan edən başlıca çəkişmələrin predmetinin tamam fərqli mahiyyətdə olması səbəbindən bəlkə də iqtidar içində döyüşən tərəflərin hər birini razı sala biləcək bu qərarın icrası yubanmayacaq». Məlumatı verən mənbə onu da bildirib ki, Nazim İbrahimov və həmçinin Kərəm Həsənov müəyyən iqtidardaxili oyunlara cəlb olunmaları səbəbindən də hədəfdədirlər: «Hər zaman bu kimi fiqurlar ilkin qurbanlıq olur. Nazim İbrahimov və onun qardaşları çoxdanı hədəfləridir. Hacı İbrahim Nehrəmli isə pullarını xərcləyəndən sonra çıxdaş ediləcək. Həsənovlara gəlincə isə əmlak komitəsi sədrinin deputat qardaşı - Malik Həsənov da bu prosesdən xzərər görəcək. Onun da biznesi hədəfdədir». Mənbə onu da əlavə etdi ki, bütün bunlar həm də təhlükəyə çevrilmə ehtimalı yüksək olan pulların nəzarətə götürülmə niyyətiylə birbaşa bağlıdır. Geri qayıt |