Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞEYXİN QARDAŞI İBRAHİMBƏYOVU TOPA TUTDU
ŞEYXİN QARDAŞI İBRAHİMBƏYOVU TOPA TUTDU12-04-2013, 10:35 |
"ƏN KAFİR ADAM DA BELƏ DANIŞMAZ" “Ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən sonra onlara mədhiyyə söyləməyin yalnız bir adı var – xəyanət”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə “Ziyalılar Forumu”nun həmtəsisçisi Rüstəm İbrahimbəyovun ermənilərlə azərbaycanlıların qardaş xalqlar olması haqqında açıqlamasını şərh edərkən belə deyib. Onun sözlərinə görə, Əkrəm Əylislidən sonra Rüstəm İbrahimbəyovun da erməniləri mədh edən açıqlama ilə çıxış etməsi “Ziyalılar Forumu”nun mahiyyətini ifşa elədi: ““Ziyalılar Forumu”nu yaradanlar özlərini “qəhrəman” kimi təqdim edib, cəmiyyəti hakimiyyətə qarşı mübarizəyə səsləyəndə bəziləri onların bu saxta vətənpərvərliyinə inanırdılar. Biz hələ o zamanlar bəyan edirdik ki, bu adamlar üçün milli dəyərlər yox, öz şəxsi mənfəətləri öndə durur. Hadisələrin gedişatı göstərdi ki, onlar hətta öz maraqlarını həyata keçirmək və xaricilərə xoş görünmək üçün ermənilərə belə yaltaqlanmağa hazırdırlar. Rüstəm İbrahimbəyov həqiqətən dəyərli ziyalıdırsa və vətənini sevirsə, bu cür milli xəyanətə yol verməməli idi. Bu hərəkəti ilə Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov Xocalıda görünməmiş vəhşiliyə məruz qalan ana-bacılarımızın, ağbirçək və körpələrimizin lənətini qazandılar. Ən kafir adam belə bu cür imamsız danışmaz. Belə hərəkətə yol verməklə, onlar özlərini Azərbaycan və azərbaycanlılar üçün tamamən bitirdilər”. Geri qayıt |