Əsas Səhifə > Güney Press, Araşdırma > AĞDAMDA SARAYDAXİLİ ÇƏKİŞMƏ
AĞDAMDA SARAYDAXİLİ ÇƏKİŞMƏ12-04-2013, 10:55 |
MÜAVİN İCRA BAŞÇISINI YIXMAQ İSTƏYİR Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfüqar Qasımovun icra başçısı Nizami Sadıqova qarşı kampaniya apardığı üzə çıxıb. Bolgexeber.com-a verilən məlumatda deyilir ki, Qasımov uzun illər Həsən Sarıyevlə birlikdə işləyib və Ağdamın keçmiş icra başçısı da yenisi ilə qatı düşməndir. Məlumatda vurğulanır ki, Həsən Sarıyev hətta bir neçə dəfə rayonda Nizami Sadıqov əleyhinə aksiyalar təşkil etməyə də çalışıb. Bu zaman onun rayon müxalifətindən istifadə etdiyinə dair də məlumatlar mövcuddur. Zülfüqar Qasımov isə Həsən Sarıyevin «çörəyini» yediyindən yenə də ona kömək etmək fikrindədir və bu zaman bəzi vasitələrə əl atıb. Məlumatda deyilir ki, Z.Qasımov bəzi mətbuat orqanlarında Nizami Sadıqovun «vurulması»nı təşkil edir. Bu azmış kimi, rayonda yeni icra başçısına qarşı da kampaniya təşkil edir və onun fəaliyyəti haqqında mənfi rəy formalaşdırır. Bu azmış kimi, rayondakı narazı qüvvələri də öz ətrafında toplayan birinci müavin bu şəkildə Həsən Sarıyevin «qisasını» Nizami Sadıqovdan almağa çalışır. Məlumatlarda deyilir ki, Zülfüqar Qasımov zəif fiqru deyil. Onun atasının uzun illər rayonda vəzifələrdə işləməsi, habelə qardaşı Qasım Qasımovun hal hazırda ölkə miqyasında həyata keçirilən tikinti işlərində önəmli fiqurlardan biri olması toxunulmaz şəxs statusunu təmin etməyə imkan yaradır. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |