Əsas Səhifə > Sosial, Manşet > FHN ŞEFİNİ HƏDƏFƏ ALMAQ KİMİN MARAĞINDADIR?

FHN ŞEFİNİ HƏDƏFƏ ALMAQ KİMİN MARAĞINDADIR?


12-04-2013, 11:28
FHN ŞEFİNİ HƏDƏFƏ ALMAQ KİMİN MARAĞINDADIR?
RAMİZ MEHDİYEV ƏSAS RƏQİBİNİ ÇIXDAŞ ETMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇİB

DİA.AZ: - Hakimiyyət daxilində özünə müəyyən dönəm üçün nəfəslik əldə edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu arada rəqiblərilə də haqq-hesab çürütməyə qalxıb. Bu ilginc məlumatı DİA.AZ-a ötürən hökumət içindəki bilgili qaynağın iddialarına görə, Ramiz Mehdiyevin başlıca hədəfi bir kimsə yox, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Mənbənin söylədikləri: «Kəmaləddin Heydərov bu gün Naxçıvan klanının sayılıb-seçilən fiqurlarındandır. Ona qarşı bir çox istiqamtlərdən təşkil olunan hücumların da ssenarisi Prezident Administrasiyasında cızılır. Bu gün mətbuatın FHN şefinə qarşı yönləndirilməsi də PA-ya aid hərəkətlənmədir».

Mənbəmizin iddialarına görə, əslində burada başlıca nədən Ramiz Mehdiyevin devrilməsində əsas maraqlı tərəflərdən birinin məhz Kəmaləddin Heydərov olması faktıdır.

Onu da xatırladaq ki, dünən PA şefinin eyni zamanda nəqliyyat naziri Ziya Məmmədova qarşı da kampaniya aparması barədə xəbər yaymışdıq və hətta bu səbəbdən nəqliyyat nazirinin səbr etməyərək, şəxsən Ramiz Mehdiyevə etirazlarını çatdırdığını da bildirmişdik. İndi isə Mehdiyevin paralel olaraq FHN rəhbərinə qarşı da cəbhə açdığı bildirilir.

Məlumatlı mənbələrdən ötürülən informasiyaya görə, bu günlərdə Kəmaləddin Heydərova qarşı bir sıra faktlar - hansılar ki, ondan yalnız iqtidara aid qapalı dairələr məlumatlıdır - həmin faktlar mətbuata ötürüləcək. Bununla da FHN şefinin mövqelərinin daha da sarsıdılması nəzərdə tutulub.

Geri qayıt