Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ NAZİRİN BEYLƏQAN MAXİNASİYASI
KEÇMİŞ NAZİRİN BEYLƏQAN MAXİNASİYASI4-12-2011, 13:51 |
İRŞAD ƏLİYEV BÜDCƏ PULLARINI NECƏ MƏNİMSƏYİR? DİA.AZ: - Beyləqanən icra başçısı kreslosunda 7 ildir əyləşən İrşad Əliyevin yeni maliyyə maxinasiyası barədə məlumat almışıq. Gələn xəbərdə bildirilir ki, cənab icra başçısı dövlət büdcəsində rayonun tikinti - abadlıq işləri üçün ayrılmış vəsaiti talamaq məqsədi ilə xeyli vaxtdır əməliyyata başlayıb. Adətən, rayonda əvvəllər bu cür işləri gördüyü müəssisə və təşkilatlardan üz çevirən icra başçısı bu dəfə özünə yeni daha sərfəli saydığı, Rayon Mədəniyyət şöbəsinin baş mühasibi seyid Məhəmmədə məxsusu olan «Mirdaməd» MMC ilə işləməyə üstünlük verib. Məlumatlı mənbənin deməsin görə, icra başçısı bundan əvvəl iş gördüyü Beyləqan şəhəri üzrə nümayəndəsi Fikrət Abdullayevdən və onun yaxın qohumu, icra hakimiyyətində memar vəzifəsini tutan A. Bəşirovdan imtina etmək məcburiyyətində qalıb. Bu imtinan cəbəblər barədə bizə çox maraqlı məlumatlar daxil olub. Bu, artıq başqa bir yazının mövzusu olduğuna görə, bu barədə bir qədər sonra yazacağıq. Mənbənin bizə verdiyi məlumata görə, İrşad Əliyev kifayət qədər qazanc əldə etmək məqsədi ilə rayonda yetərincə keyfiyyətli, küçə tikintisi üçün ucuz material verən müəssisələri bir kənara qoyaraq, tikintidə istifadə olunan materialları özünə yaxın olan insanlardan, daha dəqiq desək, oğluna məxsus müəssisədən, qat - qat baha qiymətə çox keyfiyyətsiz tikinti materialları aldırır. Küçələrin yenidən döşənməsinə sərf olunan bu materialların isə, çox keyfiyyətsiz olduğu məlum olsa da, İrşad Əliyev aparılan tikintinin yalnız bu materialla həyata keçirilməsinin üzərində dayanığı deyilir. Hal - hazırda «Mirdaməd» MMC Beyləqan şəhərinin iki böyük magistral küçəsində olduqca keyfiyyətsiz iş aparır. İşin keyfiyyətsiz aparılmasının əsas səbəbi kimi, tikinti - abadlıq üçün rayona ayrılmış 500 min manat pulun əksər hissəsinin mənimsənilməsi ilə bağlı olduğu bildirilir. Çox maraqlı haldır ki, Beyləqanın abadlaşdırılması üçün hər il dövlət büdcəsindən yetərincə maliyyə vəsaiti ayrılsa da, bu vəsaitin əksər hissəsinin icra başçısı tərəfindən məqsədyönlü şəkildə mənimsənildiyi deyilir. Bu vəsaitin mənimsənilməsi isə çox sadə yolla aparılır. Ayrılan vəsait bir müəssisədən başqa bir müəssisəyə köçürülərək sonra başçının oğluna məxsus «İlqar» MMC-i müəssisəsində cəmlənir. Daha açıq desək ayrılan vəsait «Mirdaməd» MMC-2008 məssisəsinə köçürülməklə daha sonra İrşad Əliyevin oğlunun müəssisəsinə verilir. Beləliklə də, işin keyfiyyətli görülməsi üçün vəsait çatışmamazlığı yaranır. Beyləqanın ilk binasının yerində yeddi mərtəbəli hotelin inşası nəzərdə tutulub. Beyləqanda aparılan təmir abadlıq işləri zamanı başqa bir qanunsuzluğa da yol verilib. Söhbət 1936 ildə tarixi memarlıq üslubunda inşa edilən binadan gedir. İndi bu bina sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Rayondakı mənbəmizin sözlərinə görə sözügedən bina icra hakimiyyətinin başçısı İrşad Əliyevin xeyir-duası ilə MM-in deputatı Ayaz Orucova satılmışdır. Cənab başçı binanın müasir memarlıq üslubuna uyğun olmadığını, yerində isə gözəl bir bina tikiləcəyini dilə gətirib. Bu işin icrası isə deputat Ayaz Orucova tapşırılıb. Mənbəmizin sözlərinə görə deputat yaxın günlərdə binanı sökərək yerində 7 mərtəbəli otel tikməyi planlaşdırır. Geri qayıt |