Əsas Səhifə > Cəmiyyət, Manşet > “QIRMIZI KÖRPÜ” GÖMRÜYÜNDƏ ÖZBAŞINALIQ
“QIRMIZI KÖRPÜ” GÖMRÜYÜNDƏ ÖZBAŞINALIQ12-04-2013, 15:24 |
RƏİS BİR KƏNARDA QALIB, MÜAVİNİ TALANLA MƏŞĞULDUR DİA.AZ: - Artıq bir neçə müddətdir ki, mətbuatda Qazax rayonu ərazisində yerləşən “Qırmızı körpü” gömrük keçid məntəqəsində yaşanan müxtəlif problemlərdən, yer almış rüşvət və korrupsiya hallarından bəhs edən tənqidi materiallar dərc olunmaqdadır. Elə DİA.AZ-a da bu yöndən yetərincə məlumatlar daxil olub. Bildirək ki, sözügedən gömrük keçid məntəqəsinin rəisi Ceyhun İbrahimov buranının külli-ixtiyarını öz müavini Elsevər Vəkilova həvalə edib. Artıq 20 ildən artıq müavin vəzifəsində “çalışan” Elsevər müəllim isə məntəqəni demək olar ki, əsil kommersiya obyektinə çevirib. Bu barədə DİA.AZ-a daxil olan məlumatda bildirilir. Xəbəri verən mənbə iddia edir ki, “Qırmızı körpü” keçid məntəqəsində təkcə Azərbaycan vətəndaşlarının deyil, vətənimizə gəlmək istəyən əcnəbilərin də başına olmazın oyunlar açılır: “Məsələn, Türkiyədən qayıdan turistlər deyirlər ki, qardaş ölkənin gömrük məntəqəsindən Gürcüstana keçənlər cəmi 10 dəqiqə ərzində yoxlayıb yola salırlar. Eynilə Gürcüstanda da gömrükçülər sənəd yoxlama işlərini 4-5 dəqiqəyə başa vururlar. Halbuki, Gürcüstanda gömrük məntəqəsində cəmi 4-5 əməkdaş çalışır. Lakin orada özbaşınalıq, rüşvətxorluq olmadığından növbə-filan gözləməli olmursan. Amma elə ki, vətəndaşlar Azərbaycan gömrüyünə çatır, bax burada onlar əsl biabırçılıqların şahidi olurlar. Gömrükçülərin yaratdığı xaos, rüşvətxorluq nəticəsində burada insanlar saatlarla vaxt itirməli olurlar. Məsələ bundadır ki, gömrük məntəqəsində baş verənləri müşahidə edənlər əlbəttə ki, təkcə Azərbaycan vətəndaşları deyil”. DİA.AZ-a daxil olan məlumatlara görə “Qırmızı körpü” keçid məntəqəsinin rəis müavini Elsevər Vəkilovun yeznəsi Rövşən bir vaxtlar Surət Hüseynovun yaxın ətrafının mənsublarından olub. Hətta mənbələr bildirir ki, o, məhz Surət Hüseynovun baş nazir olduğu vaxtda Nazirlər Kabinetində məsul bir vəzifə də daşıyıb. Məlumatda göstərilir ki, bir müddət əvvəl Gürcüstan-Azərbaycan sərhəddində saxlanılmış və E.Vəkilova məxsus olan mikroavtobusda külli-miqdarda narkotik vasitə aşkar olunmuşdu. Elsevər müəllimin bu səbəbdən çəkdiyi yeganə “cəza” isə onun müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılmağı olub. Ara sakitləşəndən sonra isə o, yenidən öz əvvəlki vəzifəsinə qaytarılıb. Artıq qeyd olunduğu kimi bu illər ərzində Elsevər Vəkilovun aldığı mülklərin və avtomobillərin hesabını aparmaq üçün isə ayrıca statistika tələb olunur... Bildirək ki, qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı. Amma buna rəğmən məsələ ilə əlaqədar hər hansı mövqe ifadəsi olarsa, işıqlandırmağa hazırıq... Geri qayıt |