Əsas Səhifə > Sosial, Manşet > ELDAR ƏZİZOV AĞACLARI QIRANLARI HƏBS ETDİRDİ

ELDAR ƏZİZOV AĞACLARI QIRANLARI HƏBS ETDİRDİ

13-04-2013, 17:34
ELDAR ƏZİZOV AĞACLARI QIRANLARI HƏBS ETDİRDİ
SUMQAYITDA «YAŞIL SOYQIRIM»LA ƏLAQƏDAR HƏYƏCAN TƏBİLİ ÇALINDI

DİA.AZ: - Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərində törədilən «yaşıl soyqırım» böyük rezonansa nədən olub. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, baş verən olaydan yerli rəhbərlik belə xəbərdar olmayıb və bu gün hətta Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun olaya sərt reaksiya verdiyi haqda da DİA.AZ-a informasiya daxil olub.

Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına klubun qarşısında ağacların kəsilməsilə bağlı DİA.AZ-a açıqlama verən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini T. Hacıyev bildirib ki, heç kəsdən icazə almadan və xəbərdarlıq etmədən Rusiyada yaşayan azərbaycanlı iş adamı tərəfindən qanunsuz olaraq sözügedən ərazidə 10-a yaxın zeytun və şam ağacları kəsilib:

«MÜvafiq orqanların müdaxilə etməməsi üçün hadisə sübh tezdən baş verib. Şəhər icra başçısı bu hadisəyə sərt reaksiya verərək dərhal, əlaqədar qurumlardan izahat tələb edib. Başçı eyni zamanda bu cinayəti törədənlərin cəzalandırılmasını da tələb edib».

İcra başçısı müavininin sözlərinə görə, başçının göstərişi ilə artıq həmin ərazidə yeni ağaclar əkilib: «Hadisə ilə əlaqədar isə Sumqayıt şəhər polis şöbəsində cinayət işi açılıb. Təqsirkarlar polis tərəfindən saxlanılıb. Hal-hazırda istintaq gedir və təqsirkarlar, mütləq cəzalanacaqlar».

Geri qayıt