Əsas Səhifə > Dünya > ALMANİYA "NABUKKO"DAN İMTİNA ETDİ
ALMANİYA "NABUKKO"DAN İMTİNA ETDİ15-04-2013, 09:50 |
BERLİN LAYİHƏDƏKİ PAYINI SATIB Almaniyanın RWE konserni “Nabukko” konsorsiumundakı payını satıb. Bu barədə bu gün mənzil qərargahı Essendə yerləşən konsernin nümayəndəsi bəyanat verib. Onun sözlərinə görə, RWE-nin payını martın əvvəlində Avstriyanın OMV neft-qaz korporasiyası alıb. Anlaşmanın maliyyə detalları haqda məlumat verilmir. Qeyd edək ki, “Nabukko” layihəsində OMV ilə yanaşı Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyənin şirkətləri yer alır. Geri qayıt |