Əsas Səhifə > Cəmiyyət > “ELMAR VƏLİYEVİN SAHİBKARLARLA PROBLEMİ YOXDUR”
“ELMAR VƏLİYEVİN SAHİBKARLARLA PROBLEMİ YOXDUR”15-04-2013, 12:26 |
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, Gəncədə sahibkarlar icra başçısı Elmar Vəliyevdən narazılıq edirlər. Bununla bağlı DİA.AZ-a açıqlama yollayan Gəncə ŞİH-nin mətbuat xidmətinin mövqeyində deyilir: “Verilmiş məlumat təmamilə yalnışdır. Respublikanın digər regionları kimi Gəncə şəhərində də sahibkarlara mütəmadi olaraq şərait yaradılır. Sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür kömək və dəstək göstərilir. Gəncə şəhəri İcra Hakimiyyəti Rəhbərliyi ilə yerli sahibkarlar arasında heç bir anlaşılmamazlıq yoxdur. Bunu sahibkarlar da təsdiq edirlər. Məqalədə qeyd olunur ki, keçən il də Gəncə şəhərində belə bir hadisə yaşanmışdır. Qeyd edə bilərik ki, bu məlumat da təmamilə səhvdir. İstər yerli əhali, istərsə də yerli sahibkarlar onlara yaradılan şəraitə görə daim razılıqlarını bildirirlər. Eyni zamanda Gəncə şəhəri İcra Hakimiyyətinin veb-saytında şikayət, təklif və ərizə yazmaq üçün şərait yaradılıb. Lakın bu bərədə Gəncə şəhəri İcra Hakimiyyətinə elektron, yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır”. Geri qayıt |