Əsas Səhifə > Cəmiyyət, Manşet > RAMİZ MEHDİYEVİN ADI GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ

RAMİZ MEHDİYEVİN ADI GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ


15-04-2013, 12:54
RAMİZ MEHDİYEVİN ADI GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ
BU MƏSƏLƏ SEÇKİLƏRƏ QƏDƏR UZANACAQ

DİA.AZ: - «Bir müddət əvvəl məhbəsdə komfortlu həyat yaşaması barədə xəbərləri yayılan ukeçmiş YAP-çı deputat Gülər Əhmədovanın istintaqla yalnız keçmiş ABU rektoru Elşad Abdullayevin istintaqa ifadəsinin ardından əməkdaşlıq edəcəyi haqda mövqeyini ortaya qoyması əslində onunla bağlı yaranmış durumun daha da uzadılmasına xidmət edir». Bu məlumatı DİA.AZ-a məlumatlı şəxslər ötürüb.

Mənbə iddia edir ki, Gülər Əhmədovanın ətrafında cərəyan edən istintaq işinin məhkəməyə seçkilərə qədər göndərilməsi imkansızdır: «Bu iş uzanacaq və Gülər Əhmədova seçkilərə qədər məhbəsdə qalacaq. Əslində bütün bunlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə birbaşa əlaqədar olan hadisədir».

Mənbənin sözlərinə görə, PA şefinin vəzifədən alınmasının seçkilərdən sonraya ertələnməsi səbəbindən Gülər Əhmədovanın məhkəmə istintaqı da yubanacaq: «Çünki məhkəmədə açıqlanacaq faktların fonunda Ramiz Mehdiyevin istefaya göndərilməsi nəzərdə tutulur. Hər halda, bu yolla həm də Elşad Abdullayevin başlatdığı videobombardmanın ilkin vəziyyətinə qayıdılmış olacaq. Yəni əslində Elşad Abdullayevin ilk faktları açıqladığı ərəfədə Gülər Əhmədovanı necə ki, YAP-dan çıxardılar, mandatını əlindən aldılar və həbsinə qərar verdilər, eləcə də eyni qaydada ittiham çevrəsini genişləndirib Ramiz Mehdiyevlə bağlı da qərar verilə bilərdi».

DİA.AZ-a açıqlamasında mənbəmiz sonda onu da əlavə etdi ki, vəziyyətin bu şəkildə inkişafından artıq Gülər Əhmədovanın da xəbəri var: «Ona görə də onun həmin dönəmə qədər daha komfortlu şəraitdə tutulması barədə deyilənlər həqiqətə uyğundur. Onu da bildirək ki, bu xəbər keçmiş YAP-çı deputatın həyat yoldaşı tərəfindən təkzib olunmuşdu.

Geri qayıt