Əsas Səhifə > Sosial, Manşet > PA RƏSMİSİNİN YAYIM BİZNESİ
PA RƏSMİSİNİN YAYIM BİZNESİ23-09-2011, 11:45 |
ƏLİ HƏSƏNOV “QASİD”İ ÇÖKDÜRÜR” DİA.AZ: - Son günlər müstəqil və müxalif mətbuata qarşı hücum əmri ilə diqqətə gələn prezident administrasiyasının rəhbəri Əli Həsənovun böyük media holdinqinin yaradılması yönündə çox ciddi fəaliyyət sürdürdüyü barədə hələ əvvəlcədən də xəbər vermişdik. Bildirmişdik ki, özünə mətbuat imperiyası quran PA rəsmisi bu istiqamətdəki bütün rəqiblərini məhz administrativ rıçaqlar hesabına zərərsizləşdirmə yolunu tutub. Nəticədə bu gün mətbuat yayımı biznesi demək olar ki, Əli Həsənovun kontrolu altına keçid almaqdadır. Xatırlayırsınızsa, bir müddət əvvəl Bakıda yenicə olaraq fəaliyyəti görükməkdə olan «BakıPress» köşkləri barədə məlumat vermişdik. Bildirmişdik ki, Bakı meriyasına tabe olduğu bildirilən bu köşkləri əsasən «Qasid» firmasının kökşlərinin yerinə qoyurlar. Elə başında millət vəkili Mirkazım Kazımovun dayandığı «Qasid» mətbuat yayımı firmasının da son zamanlar sıxışdırılması barədə də xəbərləri yaymışdıq. İndi isə “Dünya” İnformasiya Agentliyinə (dia-az.life) bu istiqamətdən çox ilginc faktlar daxil olub. Hökumət içindəki mötəbər mənbənin verdiyi informasiyaya görə, əslində Hacıbala Abutalıbovun adı ilə hallandırılan «Bakı Press» köşkləri əli Həsənova məxsusdur. Bu barədə mənbənin söylədikləri: «Əli Həsənov məqsədli olaraq yeni köşklərin Hacıbala Abutalıbova məxsus olması barədə rəy yaratmağa çalışır. Çünki «Qasid» firmasına məxsus olan köşkləri yalnız meriyanın əli ilə rahatlıqla plana salmaq olar. Lakin bu köşklər Əli Həsənovun «Kaspi» media holdinqinə aiddir və burada əsas məqsəd «Qasid» firmasına məxsus bütün köşk yerlərinin ələ keçirilməsindən və millət vəkilinin rəhbərlik etdiyi mətbuat yayımı firmasının bazardan birdəfəlik çıxarılmasından ibarətdir». Mənbəmiz onu da bildirdi ki, artıq prezident İlham Əliyev Əli Həsənovun «Qasid» firmasına qarşı etdiyi həmlələrindən xəbərdar olunub və yaxın günlərdə mətbuat yayımı bazarına ciddi müdaxilələr gözlənilir. Geri qayıt |