Əsas Səhifə > Güney Press, Araşdırma > NƏFƏSİ KƏSİLƏN ƏYALƏTİMİZ

NƏFƏSİ KƏSİLƏN ƏYALƏTİMİZ


16-04-2013, 09:55
NƏFƏSİ KƏSİLƏN ƏYALƏTİMİZ
BURALARA NEFT PULU HƏLƏ GƏLİB ÇATMAYIB

Cəlilabad rayonunun ən böyük yaşayış məntəqəsi Göytəpə şəhəridir. Müstəqilliyə qədər bu yaşayış məntəqəsi “Prişib” adlanırdı (1840-cı ildə Prişib kəndinin əhalisi Rusiyanın Orenburq quberniyasından Lənkəran qəzasının Astraxanbazar ərazisinə köçürülüb). Hərbi şəhər olduğu üçün sovet hakimiyyəti dövründə çoxmillətli sakinləri olub. Hazırda bu şəhərdə təxminən 35 min nəfər adam yaşayır.

Göytəpə şəhər statusu daşısa da, geridə qalmış kəndlərdən elə də fərqlənmir. Buradakı zavod və fabriklərin fəaliyyəti rentabelli olmadığından, az sayda işçi qüvvəsi ilə çalışır. Yerli sakinlərin əsas dolanışacağı pay torpaqlarını əkib-becərməkdən keçir. Əhali əsasən kartof yetişdirir. Son illər çiyələk əkini də populyarlaşıb. Cənub səfəri çərçivəsində yolüstü becərmə sahələrində olub, əkinçilərin qayğıları ilə maraqlandıq.

Şəxsi təsərüfatında çalışan Cəfərov İlqar Telman oğlu tələbə olduğunu deyir. Ailə üzvüləri ilə birgə əkdiyi 3 ha kartof sahihəsini becərmək üçün oxuduğu məktəbdən qısa müddətə icazə alıb. Ata qoşulan xışla kartofun dibini doldurmaq, müasir texnikanın yerini verməsə də, əl əməyindən bir qədər məhsuldardır. Deyir ki, nə yaxşı dövlətə ümid olub xışı muzeyə təhvil verməmişik. Bəzi fermerlər məcbur olub kartofun yetişdirilməsi üçün görülən bütün işləri əl əməyi ilə edir ki, bu da xeyli işçi qüvvəsi, vaxt və vəsait tələb edir.
NƏFƏSİ KƏSİLƏN ƏYALƏTİMİZ

Söhbət zamanı İlqar zarafatından da qalmır: “Mövsimi işlərdə at sahiblərinə nazirlərdən çox zəng gəlir. Kartofun çıxarılamsında atçılar gün ərzində xeyli pul qazanır. Belə ki, 25 kilqramlıq bir kisə kartofun çıxarılmasına 30 qəpik ödənilir.” Həmsöhbətim bildirir ki, hər hektara görə kartofun məhsuldarlığı erkən çıxış may ayında olarsa 15 ton, iyula qalarsa təxminən 25 ton olur.

Tələbə-fermer “ikinci çörək” üçün dövlət sifarişinin zəruri olduğunu deyir: “Uşaq bağçalarından başlamış qocalar evinədək nə qədər müəssisəni dövlət qida ilə təchiz edir: xəstəxanalar, hərbi hissələr, cəzaçəkmə müəssisələri... Onsuz da bu məhsul üçüncü, dördüncü “əl”dən alınır. Yaxşı olar ki, kartofu və digər kənd təsərrüfatı məhsullarını elə “birinci əl”dən- onu yetişdirənlərdən alalar. Onda həm süni qiymət artımı olmadan məhsul ucuz alına və bununla büdcə vəsaitinə qənaət oluna bilər, həm də əhalidə kənd təsərrüfatı məhsulları yetişdirilməsinə maraq artar. Müştəri olmaması səbəbindən keçən il kartofun 70 kq-lıq kisəsini məcburiyət qarşısında dəllalara 2 manata birtəhər satdıq, xeyli məhsul sahədə qalıb xarab oldu. Zərərə düşənlərin bəziləri bu il kartof əkməyib. Bu qədər daxili potensialımız olduğu halda, xaricdən də kartof gətirilir.. Hərdən türk telekanallarında kartofun əkilib-yetişdirilməsi və məhsulun sahələrdə toplanılması göstərilir. Həsrətlə baxırq ki, onlar müxtəlif texnika ilə bu işləri bizə nisbətən az zəhmət hesabına və kefiyətli aparır, əvəzində yaxşı qazanc əldə edirlər. Çünki onun yetişdirilməsinə dövlət sifarişi var. Fermer qabaqcadan bilir ki, malını kimə və neçəyə verəcək, nə qədər xərc çəkə, qazanc götürə bilər. Yoxsa atın, xışın ümidinə qalmışıq. At yorulur, xışı özümüz dartmalı oluruq. Məhsul yetişəndən sonra onu saxlamaq, bazar, müştəri axtarmaq, satmaq qayğılarımız başlayır. Qalırıq dəllal ümidinə...” infom.az


NƏFƏSİ KƏSİLƏN ƏYALƏTİMİZ
Geri qayıt