Əsas Səhifə > Sosial, Manşet > ŞABRANIN İCRA BAŞÇISI ÖZÜ ÖZÜNƏ QUYU QAZIR

ŞABRANIN İCRA BAŞÇISI ÖZÜ ÖZÜNƏ QUYU QAZIR


16-04-2013, 12:19
ŞABRANIN İCRA BAŞÇISI ÖZÜ ÖZÜNƏ QUYU QAZIR
NOVRUZ NOVRUZOV İH-NİN SAYTINI “BİZİM DƏ VAR” DEMƏSİ ÜÇÜN AÇIB

DİA.AZ: - “Sovet imperiyasını yıxan onun “şotka”ları oldu. Bütün dünyanın kompyuterdən, müasir avadanlıqlardan istifadə etdiyi bir zamanda SSRİ-də makinadan, “şotka”lardan istifadə olunurdu”. Yəqin ki, bu məşhur deyimi heç kəs unutmayıb. Son illər Azərbaycanda əksər dövlət qurumları internetin verdiyi imkanlardan istifadə edərək, əhali ilə təmaslarını elektron ünvanları vasitəsilə aparır. Prezident İlham Əliyevin şəxsi saytının və sosial şəbəkələrdə ünvanının olması, vətəndaşların oradan birbaşa ölkə başçısında müraciət etmək imkanları, digər məmurlar üçün də nümunə sayıla bilər.

İnsaf naminə demək lazımdır ki, bir çox nazirliklər, icra qurumları bu taktikadan istifadə edir və kifayət qədər uğurlu nəticələr əldə edə biliblər. Daxili İşlər Naziri Ramil Usubovun, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun, Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovun, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyqnulu Bağırovun, Vergilər naziri Fazil Məmmədovun və digərlərinin əhalidən müracətləri elektron formada qəbul etməsi və cavablandırması buna əyani sübutdur. Amma bununla yanaşı elə İcra Hakimiyyətləri də var ki, onlara məxsus elektron saytlar mövcud deyil. Bəzilərində isə veb-saytlar olsa da, formal fəaliyyət göstərir. Varlığı ilə yoxluğu bilinməyən bu saytlara nəinki girən yoxdur, hətta saytı işlədənlər belə xəbərləri yeniləməyə ehtyac duymurlar.

DİA.AZ bildirir ki, belə qurumlardan biri də, Şabran rayon İcra Hakimiyyətidir. Belə ki, qurumun rəsmi http://shabran-ih.gov.az veb-saytında son yeniləmə işləri 2011-ci ilin avqust ayının 14-də edilib. Həmin gün sayta qoyulan xəbər prezident İlham Əliyevin Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olması ilə bağlıdır.Saytda “Elektron xidmətlər” bölməsi olsa da, aktiv deyil. Daha doğrusu, Şabran rayon İcra Hakimiyyətini elektron xidmətləri özünəməxsus şəkildə təqdim edir. Bu bölmədə məktub göndərmək &¨çün pəncərə olmalı olduğu halda, ”Elektron müraciət məsul şəxs- Mirzəyev Nəsimi Əzizxan oğlu – Ümumi şöbə müdiri” adlı elan əksini tapıb(?).Nəzərə alsaq ki, qlobballaşan dünyada internet saytlar istənilən qurumun real fəaliyyətini əks etdirən mənbə rolunu oynayır, o zaman bu qənaətə gəlmək olar ki, Şabranda 8 aydır ki, heç bir iş getmir…

Qeyd edək ki, Şabran rayon İcra Hakimiyyətinin yarıtmaz fəaliyyəti haqqında indiyə qədər dəfələrlə mətbuatda informasiyalar yayılsa da, rayondakı problemlər hələ də öz həllini tapmır. Bir qrup rayon sakininin bu günlərdə etdiyi etiraz xarakterli məktub da bu əsnada təsadüfi sayıla bilməz. Sakinlər bildirirlər ki, icra başçısı Novruz Novruzovun başı poeziyaya, şer yazmağa qarışdığından rayonun problemlərini unudub. İstənilən halda ədəbi fəaliyyət təqdir olunsa da, bunu müasir qaydalarla ayaqlaşaraq həyata keçirmək daha doğru olardı.

Geri qayıt