Əsas Səhifə > Şou-biznes > TÜRK ŞOU-BİZNESİNDƏ DAHA BİR SƏNƏTÇİMİZ

TÜRK ŞOU-BİZNESİNDƏ DAHA BİR SƏNƏTÇİMİZ


5-12-2011, 12:17
TÜRK ŞOU-BİZNESİNDƏ DAHA BİR SƏNƏTÇİMİZ

“QARŞIDAKI AYLARDA DAHA SIX QRAFİKLƏ ÇALIŞACAM”

Bu ayın ilk günlərində Bakıda olacağı gözlənilən sənətçinin Türkiyə səfəri uzanır. Bu isə təklifin dəyərləndirilməsinə işarədir. Müğənni ilə telefon əlaqəsi yaradıb son durumu öyrəndik.

"Müqavilə imzalandı və əməkdaşlığa başlamışam. Artıq məni Azərbaycanın və Türkiyənin şou-biznesində görə biləcəksiniz. Studiyadayam və mahnılar yazılır. Bu, nəzərdə tutulan işin ilkin mərhələsini təşkil edir. Qeyd edim ki, mahnılar türk bəstəkarlarına məxsusdur. Qarşıdakı aylarda daha sıx qrafiklə çalışacam. Çoxlu sayda işlərimiz var", - deyən müğənni Bakıya bir neçə gündən sonra gəlməyi düşünür.

Dekabrın 23-də isə Rəqsanə yenidən Türkiyədəki işinə dönəcək. Rəqsanə bu əməkdaşlığın onun sənət həyatına bir şans kimi daxil olduğunu diqqətə çatdırdı.


Geri qayıt