Əsas Səhifə > Dünya > 10 MİLYON HAMBURQER NƏDƏN GERİ GÖTÜRÜLDÜ?
10 MİLYON HAMBURQER NƏDƏN GERİ GÖTÜRÜLDÜ?17-04-2013, 09:26 |
AT ƏTİ FIRLLDAĞI İLƏ BAĞLI YENİLİK Avropada at əti ilə bağlı qalmaqaldan sonra aparılan araşdırmalar maraqlı faktları üzə çıxarıb. Avropa Birliyi ərazisində aparılan 7 mindən çox sınaqlardan sonra, məlum olub ki, mal əti adı ilə satılan ərzaq məhsullarının 5-faizə yaxının tərkibində at əti olub.Avropa Birliyinin bəyanatına əsasən, sınaqlar həmin at ətlərin tərkibində baytarlıqda istifadə olunan iltihaba qarşı fenilbutazon dərmanı aşkarlayıb. Adı çəkilən dərmanın (insan qidaların əlavə edilməsi) qadağandır. Belə ki, adı çəkilən preparat bəzi hallarda insanlarda kənar effektlərə bais olur. Habelə baytarlıq sahəsinin ekspertləri əmin edir ki, at ətinin tərkibində fenilbutazonun cüzi miqdarda olması faktı, insan həyatı üçün təhlükə riskini azaldır. “Bütün üzv dövlətlərdə keçirilmiş sınaqların monitorinq planı göstərdi ki, bu at əti məsələsində sağlamlığ riskindən söhbət belə gedə bilməz”, - deyə Avropa (Birliyinin) Səhiyyə Komissarı Tonio Borx qeyd edib. Komissar alıcıların etibarını təkrar-qazanmağını vacib olduğunu deyərək, qarşıda gələn aylarda, məhsulların nişanlama prosesində saxtakarlığa əl atan kəslərin daha sərt şəkildə cərimələnməsini təkli edəcəyini deyib. Xatırladaq ki, at əti qalmaqalı yanvar ayının ortasında, İrlandiyada başlayıb. Həmin vaxt İralandiyanın ərzaq təhlükəsizliyinə nəzarət edən qurumu Birtaniya və İrlandiya supermarketlərində satılan burger məhsullarında at əti izlərinin aşkarlanığını elan edib. Səhv nişanlanmış məhsullar dükanlardan 10 milyon hamburgerin geri götürülməsi ilə nəticələnib \ anspress \ Geri qayıt |