Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SALYAN DƏLİXANASINDA SAĞLAMLARIN NƏ İŞİ?

SALYAN DƏLİXANASINDA SAĞLAMLARIN NƏ İŞİ?


17-04-2013, 09:52
SALYAN DƏLİXANASINDA SAĞLAMLARIN NƏ İŞİ?
RUHİ DİSPANSER KİMLƏRİN "SIĞINACAĞIDIR"?

Ruhi xəstəxanaların dövlətlə yanaşı, cəmiyyətin də dəstəyinə etiyacı var. Bu qapalı məssisələr barədə tez-tez xoşagəlməz söhbətlər eşidirik. Kimi deyir ki, müəssisədə adı xəstə kimi qeyd olunanların bəziləri sapsağlamdır və “müalicə almağı” hansısa məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Kimi xəstəxanaya verilən, satışı qadağan olunan dərmanların əl altından satdırıldığından danışır. Kimi xəstələrə qida məhsulları alınması üçün ayrılan vəsaitin kağız üzərində “yeyildiyini” iddia edir. Amma etiraf edək ki, əgər yaxınlarımızdan kimsə belə müəssisəyə düşməyibsə, qarşısından ötüb keçəndə belə ayaq saxlayıb ona sarı baxmırıq. Hələ ciddi maraqlanmağımız, vətəndaş yanğısı göstərməyimiz qalsın bir yana...

Salyan rayonunun Şorsulu kəndinin ərazisində rayonlararası ruhi xəstəxana 1946-cı ildə tikilmiş, 150 çarpayılıq binada fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin sifarişi ilə ötən ilin iyun ayından 100 çarpayılıq ikimərtəbəli yeni xəstəxana binasının tikintisinə başlanılıb. Deyilənə görə cari ilin avqustunda bina istifadəyə veriləcək. Ola bilsin ki, yaradılan şərait buradakı qeyri-sağlam mühiti də dəyişəcək. Hələliksə hər şey köhnə qaydada idarə olunur.

Xəstəxananın baş həkimi Yaşar Kərimovdan öyrəndik ki, müəssisə üzrə işçilərin sayı xəstələrdən çoxdur. Belə ki, ruhi xəstəxanada 150 nəfər xəstənin qulluğunda 159 nəfər dayanır. İşçilərin əmək haqqı 98 manatdan başlayır, müəssisə üzrə ən yüksək maaş 183 manatdır.
SALYAN DƏLİXANASINDA SAĞLAMLARIN NƏ İŞİ?

Dövlət bu müəssissəyə ildə 130 min manat qida xərci ayırır. Baş mühasib Sərxan Sahibovun dediyinə görə, xəstəxananı ərzaqla “Təşəbbüs-təchizat” MMC təmin edir. Adıçəkilən müəssisə ardıcıl olaraq 5 -cü ildir ki, tenderin qalıbı olub. Dərman perapatlarının və sarğı materiallarının alınmasına isə bu il 56 min manat pul ayrılıb. Müəssənin dava-dərman məsələsinə də, hər il oldiqu kimi, “Redd Farm” şirkəti baxır. Bu il üçün xəstələrin geyim və yumşaq inventarla təminatı da yaddan çıxmayıb- bu təyinatla 50 min manat ayrılıb. Bu il bərk invetnarın (stul, stol və digərəşyaların) da yenilənməsi nəzərdə tutulur. 30 min manat da belə. Bu rəqəmlər xəstəxananın saxlanılması üçün ayrılan vəsaitin cəmi 266 min manatdır. Əslində “xərclər” bölümündə xeyli bəndlər var və onlar da öz növbəsində heç də kiçik olmayan məbləğləri “udur”. Hələlik onlarla işimiz yox.

Keçək vəsaitin xərclənməsinə. Söz yox ki, xəstəxanada müəyyən təchizat var. Lakin ilkin müşahidələrimiz ərzaq təminatında qüsurların və saxtakarlıqların olmasını göstərdi. “Təşəbbüs-təchizat” MMC-nin rəhbəri Rafayıl Əhmədovla görüşüb, bəzi məsələlərə aydınlıq gətirməyə çalışdıq. Ərzağın haradan, necə alınmağı, xəstəxananın bir günlük qida rasionu barədə soruşanda, adam tutulub qaldı. Sözü belə oldu ki, səhih məlumatı rayon maliyyə idarəsindən öyrənim.
Onsuz da Salyan rayon maliyyə idarəsindən bu xəstəxana ilə bağlı soracağımız şox şey var. Məsələni daha da obyektiv və qərəzsiz işıqlandırcağıq. Bizi izləyin.infom.az

Geri qayıt