Əsas Səhifə > Dünya > HAYLARDA HAKİMİYYƏT YENİLƏNİR
HAYLARDA HAKİMİYYƏT YENİLƏNİR5-12-2011, 12:42 |
ERMƏNİSTAN PARLAMENTİ BU GÜN SPİKER SEÇƏCƏK Bu gün Ermənistan parlamentində növbəti "dördgünlüy"ə start verilir. Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, 4 gün davam edəcək iclaslarda spiker və vitse-spiker postlarına yeni şəxslərin seçimi də gündəlikdədir. Bunun üçün səsvermə sabah keçiriləcək. Xatırladaq ki, hakim Respublika Partiyası spiker postuna hazırki vitse-spiker Samvel Nikoyanın namizədliyini irəli sürmək qərarına gəlib. O, hazırda spikerin səlahiyyətlərini icra edir. Vitse-spiker postuna hazırda Respublika Partiyası fraksiyasının katibi olan Eduard Şarmazanov namizəd olacaq. Onun yerini isə Qaqik Melikyan tutacaq. Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Ovik Abramyan noyabrın 14-də postundan istefa verib. Rəsmi versiyada onun hakim partiyanın seçki qərargahına rəhbərlik etmək üçün bu vəzifədən uzaqlaşdığı bildirisə də, əslində bunun Ermənistan hakimiyyəti daxilində qızışmış çəkişmələrin nəticəsi olduğu bildirilir. Geri qayıt |