Əsas Səhifə > Cəmiyyət, Manşet > DAHA BİR BANK “YUXARILARIN” QƏZƏBİNƏ TUŞ GƏLİB

DAHA BİR BANK “YUXARILARIN” QƏZƏBİNƏ TUŞ GƏLİB


17-04-2013, 12:27
DAHA BİR BANK “YUXARILARIN” QƏZƏBİNƏ TUŞ GƏLİB
“NİKOİLBANK” ÇÖKDÜRÜLƏ BİLƏR

DİA.AZ: - Azərbaycanın bank sektorunda “tarama” işləri davam etdirilir. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, sıradakı hədəf “NokoilBank”dır.

Məlumatlı mənbənin bildirdiyinə görə, “Nikoil” bankın Bakı filiallarında Mərkəzi Bank, Makiyyə və Vergilər nazirliklərinin ekspertləri tərəfindən yoxlama həyata keçirilir. Yoxlamalar ötən həftədən başlayıb. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, yoxlamanın nəticələri bank üçün xoşagələn olmayıb. Bu barədə müfəssəl informasiya əldə edən kimi ictimaiyyəti məlumatlandıracağıq.

Xatırladaq ki, bir müddət əvvəl ölkə mediasında“Nikoil” bankın ağır günlər yaşadığını, düşdüyü böhrandan çıxmaq üçün yüzədək işçidən məcburi qaydada işdən çıxmaq barədə ərizə alındığı barədə məlumatlar yayılmışdı. Məlumatlara görə, bank qanunsuz olaraq çıxardığı bu işçilərlə bağlı xilas yolu kimi, analoqu olmayan addım atıb - məcburi şəkildə təxminən 100-ə qədər işçisindən işdən çıxmaq barədə ərizə alınsa da, onların bankda fəaliyyəti dayandırılmayıb. Onlar yenə də əvvəlki kimi işləməkdə davam ediblər, ancaq əmək müqaviləsi olmadan. Həmin işçilərlə sadəcə, “xidməti müqavilə” bağlanıb. Bu isə qanunvericiliyə ziddir. Çünki qanuna görə, işçi ilə işəgötürən arasında faktiki əmək münasibətləri hökm sürürsə (“Nikoil”də olduğu kimi), xidməti müqavilənin bağlanması qadağandır, bu halda, əmək müqaviləsi bağlanmalıdır.

Geri qayıt