Əsas Səhifə > Partiya > "MÜMKÜNDÜR Kİ, SEÇKİYƏ 3 GÜN QALMIŞ"...

"MÜMKÜNDÜR Kİ, SEÇKİYƏ 3 GÜN QALMIŞ"...


17-04-2013, 12:33
"MÜMKÜNDÜR Kİ, SEÇKİYƏ 3 GÜN QALMIŞ"...
"VAHİD NAMİZƏD BƏLLİ OLSUN"

2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 11 çatıb. Bunlar İlqar Məmmədov, Vidadi İsgəndərli, İsa Qəmbər, Eldar Namazov, Əli Əliyev, İlqar Altay, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğu, Hafiz Hacıyev, Əhməd Oruc və İqbal Ağazadədir. Namizədliyini rəsmi şəkildə elan edən şəxslərin əksəriyyəti müxalif düşərgənin təmsilçəlidir. Lakin seçkilərə 6 aydan az vaxtın qaldığı bir zamanda müxalif düşərgədə hələ də vahid namizəd problemi öz həllini tapmayıb.

FaktXeber.com-un “müxalif düşərgənin prezident seçkilərinə bu qədər namizədlə getməsini, düşərgənin pərakəndəliyi kimi xarakterizə etmək olarmı”, - sualını cavablandıran AXCP-nin sədr müavini Həsən Kərimov diqqət çəkən məqamlara toxundu. Müsahib qeyd etdi ki, kiminsə namizədliyinin irəli sürülməsi mümkündür ki, prosesə mənfi təsir göstərməsin: “ Eyni halda mənfi təsir göstərməsi də mümkündür. AXCP-nin mövqeyi müxalifətin daha geniş inteqrasiyaya sahib olması ilə bağlıdır. Digər tərəfdən seçki mühitinin yaxşılaşdırılması və məcəllənin dəyişdirilməsinə çalışırıq. “

Namizədlərinin sayının çoxalmasını hələ ki, hər hansı faciə kimi qiymətləndirmədiklərini bildirən Həsən bəy, “seçkiyə hələ 6 ay qalıb. Mümkündür ki, seçkiyə 3 gün qalmış bütün namizədlər vahid namizəd ətrafında birləşsinlər ”, - deyə bildirdi:
“Hazırda müxalifət arasında hər hansı birliyin yaranmaması cəmiyyətdə müəyyən ruh düşkünlüyü yaradır. Mənə elə gəlir ki, Azərbaycan müxalifəti sonda güc taparaq seçkidə vahid ideya və namizədlə çıxış edə biləcək.”

Geri qayıt