Əsas Səhifə > Güney Press, Araşdırma > «AZERİNEWS.ORG» DÖYÇLƏRİN QƏZƏBİNƏ TUŞ GƏLDİ

«AZERİNEWS.ORG» DÖYÇLƏRİN QƏZƏBİNƏ TUŞ GƏLDİ


17-04-2013, 12:50
«AZERİNEWS.ORG» DÖYÇLƏRİN QƏZƏBİNƏ TUŞ GƏLDİ
ALMANİYADAN XƏBƏR PORTALINA HAKER HÜCUMU

DİA.AZ: - Ölkənin tanınmış xəbər portallarından birinə haker hücumu edilib. Bu barədə DİA.AZ-a «azerinews.org» portalından xəbər verilib.

Portalın rəhbəri Fikrət Fərhadoğlu bildirir ki, son iki gün ərzində xəbərlərin yenilənməsi mümkünsüz olub: «Texniki işçilərimizin apardığı araşdırmalardan aydın olub ki, portalımıza davamlı surətdə edilən haker hücumları nəticəsində adminin fəaliyyətində problemlər yaranıb».

Haker hücumunun istiqamətinə gəlincə isə, Fərhadoğlu bildirdi ki, onlarda Almaniya ilə bağlı araşdırma yazısı yer alandan sonra bu hücumlar intensivləşib: «Bizim server də Almaniyada yerləşir. Və problemin də hostdan qaynaqlandığı deyilir».

Oxucularından üzr istəyən Fərhadoğlu yaxın müddət ərzində portalın əvvəlki fəaliyyətinin bərpa olunacağını da bildirdi.

Geri qayıt