Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QKDK: QEYRİ-İNVESTİSİYA ALƏTLƏRİNİN KASIB BAZARI
QKDK: QEYRİ-İNVESTİSİYA ALƏTLƏRİNİN KASIB BAZARI18-04-2013, 11:18 |
Bu ilin I rübündə qiymətli kağızların qeyri-investisiya alətləri bazarı mənfi tendensiya göstərib. Yeni maliyyə alətləri qeydə alınmayıb, bazardakı kağızlarda isə durğunluq olub. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, yanvar-martda nə depozit sertifikatları, nə mənzil sertifikatları, nə də xəzinə vekseli emissiya edilib. Ötən ilin dekabrında hökumətə tapşırılmışdı ki, idxalçılara gömrük rüsumu və vergisi ödəyən zaman xəzinə vekselindən istifadə imkanı yaradılsın. Amma hələ bu kağızlardan istifadə olunmur. Ötən ilin I rübündə bir tikinti şirkəti 61 mln manatlıq 96 mənzil sertifikatı buraxıb. Mənzilə böyük tələbata baxmayaraq, mənzil sertifikatları ev alanların marağına səbəb olmayıb. Bu il Azərbaycanda 2,8 mln manatlıq adi veksellər imzalanmayıb. QKDK 3 ayda 661 ipoteka kağızı qeydə alıb. Bu, ötən ilin eyni dövründəkindən 1% azdır. Bu ilin I rübündə QKDK qiymətli kağızların girovu üzrə 7 müqavilə qeydə alıb. 2012-ci ilin eyni dövründə bu göstərici 23 idi. Girov QK sayı barədə məlumat verilmir. Qeyd edək ki, qiymətli kağızlar investisiya və kapital cəlbinin yayılmış növü deyil. Geri qayıt |