Əsas Səhifə > Dünya > TÜRKİYƏNİN SƏBR KASASI DAŞIB
TÜRKİYƏNİN SƏBR KASASI DAŞIB19-04-2013, 08:27 |
"SURİYAYA MÜDAXİLƏ ETMƏYİN VAXTIDIR" Suriyada baş verən hərbi cinayətlərə reaksiya verməyin vaxtı çatıb, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu CNN Turk telekanalına verdiyi müsahibədə bildirib. Bu barədə Anadolu agentliyi cümə günü məlumat verir. Nazirin sözlərinə görə, Dəməşqdən Hələbə buraxılmış "Skad" raketlərinin sayı 205 ədəd təşkil edir. "Hər dəfə "Skad" raketi buraxılandan sonra Suriyanın ətrafı yox olur, bu da hərbi cinayətdir", - Türkiyənin XİN rəhbəri qeyd edib. "Belə hərbi cinayətlərə reaksiya verməyin vaxtı çatıb. Hərbi cinayətləri törədənlər, buna görə cavab verməlidirlər. Heç kim iddia edə bilməz ki, hücum zamanı "Skad" raketlərdən istifadə hərbi cinayət deyil", Davudoğlu vurğulayıb. "Suriyada kimyəvi silahın tətbiqi haqqında bütün iddialar araşdırılmalıdır", nazir qeyd edib. Davudoğlunun sözlərinə görə, Suriyaya köməyin göstərilməsi üçün humanitar dəhlizin yaradılması çox vacibdir. "Suriyada baş verən hadisələrə görə ölkəni tərk edən və bununla da Türkiyəyə gələn şəxslərin sayı 200 min nəfər təşkil edir", Türkiyənin XİN rəhbəri əlavə edib. Geri qayıt |