Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ TƏSLİM OLUR...
RƏQSANƏ TƏSLİM OLUR...19-04-2013, 09:04 |
"HEÇ KİMİ HƏDƏLƏMƏMİŞƏM" Xalq şairi Vaqif Səmədoğluyla ADP sədri Sərdar Cəlaloğlunun mübahisə zəminində bir-birlərinə “Rəqsanə” deyə xitab etməsi müğənni Rəqsanə İsmayılovanı özündən çıxarıb. Axşam.az saytına açıqlamasında sənətçi bildirib ki, bu söhbətdə adının çəkilməsini başa düşmür və bunu hər iki şəxsə ayıb bilir. Rəqsanə buna baxmayaraq deyib ki, ötən gün mətbuatda güya onun Vaqif Səmədoğlu və Sərdar Cəlaloğlunu hədələməsi xəbəri doğru deyil: “Bu, yalandır. Jurnalistin yazdığı “Elə etməyin ki...” ifadəsi mənə yox, müəllifin özünə məxsusdur. Adımın mənə aidiyyatı olmayan mövzularda hallandırılmasına icazə vermirəm. Jurnalistlərdən təvəqqem budur ki, demədiyim cümləni yazmasınlar”. Geri qayıt |