Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MASALLININ İCRA BAŞÇISINI KƏNDDƏN QOVDULAR
MASALLININ İCRA BAŞÇISINI KƏNDDƏN QOVDULAR19-04-2013, 09:17 |
SAKİNLƏRİN SƏBR KASASI DAŞIB Masallının icra başçısı Rafil Hüseynov rayonun Xanalyan kəndində keçirmək istədiyi görüşdə insidentlə üzləşib. Daha doğrusu, rayonun rəhbəri kənd camaatının qəzəbinə tuş gəlib. Demokratiya.info-ya verilən məlumata görə, Rafil Hüseynov bir neçə gün bundan əvvəl kənd sakinləri ilə səyyar görüş keçirmək istəyib. Lakin görüşdə kəndlilər bir sıra ciddi problemlərinin olduğunu bildirib və onların isə həll edilmədiyini deyiblər. Bu məsələdə keçmiş icra başçısı Qəzənfər Ağayevlə yanaşı, Rafil Hüseynovun da yetərli qədər günahının olduğunu dilə gətirən xanalyanlılar icra başçısından kəndi tərk etməyi tələb ediblər. Əks təqdirdə, kənddə tərəflər arasında problem yaşanacağına dair xəbərdar olunublar. Məlumatda o da vurğulanır ki, Xanalyan kəndinin sakinləri illərdir elektrik enerjisi və qaz problemi ilə üz-üzədirlər. Bununla bağlı dəfələrlə şikayət etmələrinə baxmayaraq, hələ də istəkləri reallaşmayıb. Elə Rafil Hüseynova da bu barədə müraciət ünvanlanıb, amma o da digərlərindən fərqli hərəkət etməyib. Geri qayıt |