Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CƏLİLABAD SAKİNLƏRİ DEPUTATLARINI AXTARIRLAR
CƏLİLABAD SAKİNLƏRİ DEPUTATLARINI AXTARIRLAR19-04-2013, 09:21 |
RAYONUN İKİ DEPUTATI VAR, AMMA... DİA.AZ: - Cəlilabad camaatı deputatlarını axtarır. 2010-cu ildə parlamentə mandat qazanmış Mirkazım Kazımov və Malik Həsənovu bu illər ərzində görüb, dərdlərini deyə bilməyən rayon sakinləri onlar üçün and içir. DİA.AZ-a daxil olan məlumata görə, indiyə qədər bu məsələni o qədər də qabartmayan rayon sakinləri artıq bezdiklərini dilə gətiriblər. Məlumatda deyilir ki, mandat qazandıqdan sonra seçildikləri dairələrə getməyən və ya getdikdə heç kimlə görüşməyən sözügedən deputatların hərəkətləri insanlara pis təsir edib. Ona görə də, bir neçə kəndin sakinləri and-aman ediblər ki, əgər Mirkazım Kazımov və Malik Həsənov Cəlilabada gələrlərsə, onları yumurta atəşinə tutacaqlar. Qeyd edək ki, Malik Həsənov komitə sədri Kərəm Həsənovun qardaşıdır. Mirkazım Kazımov isə «Qasid» mətbuatyayım firmasının rəhbəridir. Geri qayıt |