Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİ NAZİRİN VİLLASINI SÖKDÜRMƏK İSTƏYİR
ARDNŞ ŞEFİ NAZİRİN VİLLASINI SÖKDÜRMƏK İSTƏYİR19-04-2013, 09:39 |
MƏHKƏMƏYƏ VERİLƏN İŞDƏ YAVƏR CAMALOVUN VİLLASI DA HƏDƏFDİR DİA.AZ: - 2005-ci ilin parlament seçkilərindən sonra hakimiyyətin yuxarı eşalonuna dəvət olunan və artıq mövqe baxımından kifayət qədər stabil fiqur hesab olunan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yeni iddialarını ortaya qoymaq üzərədir. Xatırladaq ki, zaman-zaman ARDNŞ şefinin baş nazir postuna gətiriləcəyilə bağlı müxtəlif fikirlər səsləndirilmişdi. Amma realda Rövnəq Abdullayevin heç baş nazirlik arzusunda olmadığı da məlumdur və onu hazırki mövqeyi qane edir. Bildirək ki, Bakı Neft Emalı Zavodunun rəhbəri işlədiyi dönəmlərdə də özünü kifayət qədər nəzərə çarpdıra bilmiş Rövnəq Abdullayev həmin ərəfədə xeyli sayda rəqib qazana bilmişdi. Elə ARDNŞ şefi postuna təyinat zamanı da ciddi rəqabətə girməli olan Abdullayev həmin müstəvidə əsas rəqibi hesab olunan «Azneft» İstehsalat Birliyinin keçmiş baş direktoru, indiki müdafiə sənayesi naziri Yavər Camalovu yenməyə müvəffəq oldu. Doğrudur, sonradan, 2006-cı ildə Yavər Camalov da nazir postuna gətirildi. Amma onun əsas maraqlı olduğu vəzifənin ARDNŞ rəhbəri postu olduğu məlum idi və hətta bu məqsədlə Yavər Cəməlovun böyük çabalar sərf etdiyi də məlumdur. Amma şans Rövnəq Abdullayevin yanında idi. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Rövnəq Abdullayevlə Yavər Camalovun arasındakı hüsumat günü bu gün də davam etməkdədir. Hətta vəziyyət o həddədir ki, tərəflər öz xeyir işlərinə belə bir-birilərini dəvət etmirlər. Bu barədə danışan mənbə maraqlı bir faktı da açıqladı: «Bu gün ARDNŞ-in sökülməsi tələbi ilə məhkəmyə müraciət etdiyi villalardan biri Yavər Camalova məxsusdur. Həmin villada nazirin özü yaşamasa da, onun yaxınlarının ixtiyarındadır. Amma buna rəğmən ARDNŞ adından məhkəməyə edilən 15 min evlə bağlı müraciətin içində həmin villanın sökülməsi tələbi də var». Hər halda, bu fakt tərəflər arasındakı sərinliyin təzahürüdür. Doğrudur, bu sərinlik hələlik ciddi şiddət qazanmayıb. Və elə buna görə də nəzərə çarpacaq səviyyədə deyil. Amma istənilən münbit şəraitdə tərəflərin bir-biriləri ilə haqq-hesab çürütməyə cəhd edəcəyi şəkksizdir. Artıq ortada bunun üçün bəhanə də var. Rövnəq Abdullayevin nazirin villasını sökdürür… Geri qayıt |