Əsas Səhifə > Sosial, Manşet > YAZIÇI ANAR ABBAS ABBASOVA NİYƏ RƏDD CAVABI VERİB?
YAZIÇI ANAR ABBAS ABBASOVA NİYƏ RƏDD CAVABI VERİB?19-04-2013, 11:03 |
«MİLYARDERLƏR İTTİFAQI»NIN AYB SƏDRİNƏ JESTİ BAŞ TUTMAYIB DİA.AZ: - Məlum olduğu kimi, bu günlərdə Rusiya paytaxtında «Xalqlar Evi»ndə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 75 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Bildirək ki, tədbirin təşkilatçısı Azərbğaycanın Rusiyadakı səfirliyi olsa da, tədbirdə son zamanlar Azərbaycan dövlətinə qarşı Kreml tərəfindən bir təzyiq vasitəsi kimi istifadə olunan Rusiya Azərbaycan Təşkilatları İttifaqının nümayəndələri də iştirak edib. Bu barədə DİA.AZ-a Rusiyadakı soydaşlarımız tərəfindən ötürülən informasiyada bildirilir ki, bununla yetinməyən «Milyarderlər İttifaqı»nın nümayəndələrindən biri hətta yazıçı Anara baş nazirin keçmiş müavini, RATİ-nin sədri Abbas Abbasovun da təbrikini çatdırıb, eyni zamanda onu Abbas Abbasovla görüşə də dəvət edib: «Amma Anar Abbas Abbasovun təklifini qəbul etməyib. Halbuki qabaqcadan «AST» Şirkətlər qrupuna aid restoranların birində yazıçı Anarın şəninə ziyafət məclisinin təşkil olunması üvçün sifariş də verilibmiş. Anarın rədd cavabı «Milyarderlər İttifaqı»nın məclisini də pozub». “Xalqlar Evi”ndəki həmin mərasimdən fotoları diqqətinizə təqdim edirik: Geri qayıt |