Əsas Səhifə > Sosial, Manşet > PREZİDENT ADMİNİSTRASİYASI DAXİLİNDƏ SAVAŞ
PREZİDENT ADMİNİSTRASİYASI DAXİLİNDƏ SAVAŞ5-12-2011, 17:35 |
RAMİZ MEHDİYEVİN MÖVQELƏRİ ZƏİFLƏYİB DİA.AZ: - Adı hətta məşhur «WikiLeaks» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə də dəfələrlə hallandırılan Azərbaycanın prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqeləri zəifləyib. Xatırladaq ki, bir çoxları tərəfindən prezidentin hakimiyyət ortağı kimi təqdim olunan, Mirşahinin təbirincə desək, ölkənin səlahiyyətlisindən də səlahiyyətli məmur kimi xarakterizə olunan PA rəhbəri ilə bağlı açıqlanan sənədlərdə qeyd olunurdu ki, Ramiz Mehdiyev getməzsə, bu hakimiyyətin Rusiyaya bağlılığını aradan qaldırmaq olmayacaq. Bundan əlavə, ABŞ-ın azərbaycandakı səfirliyi adından ABŞ Dövlət Departamentinə ünvanlanan məxfi sənədlərdə qeyd olunurdu ki, Ramiz Mehdiyev hazırki hakimiyyətdə əsas söz sahibidir və hakimiyyət Mehdiyevin direktivləri əsasında yönəldilir. Amma deyəsən, bu dönəm də başa çatmaq üzərədir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına iqtidar daxilindəki məlumatlı qaynaqlardan ötürülən informasiyada bildirilir ki, Mehdiyevə PA daxilində çox ciddi alternativ güc formalaşdırılmaqdadır. Birbaşa olaraq prezidentin dəstəyi ilə yaradılan bu gücün günü-gündən böyüməsində də üst düzəyin maraqlı olduğu bildirilir. Mənbəmizin sözlərinə görə, PA-da ciddi mövqe sahibi olan Zeynal Nağdəliyevin, Əli Əsədovun daxil olduğu qruplaşmaya PA-nın daha bir şöbə müdiri, keçmiş spiker Murtuz Ələsgərovun oğlu Fuad Ələsgərov da cəlb edilib. Bu barədə mənbəmizin söylədikləri: «Artıq sözügedən qrupa daha çox ağırlıq verilməkdədir. Məsələn, bir neçə qanun layihəsinn hazırlanması və bir neçə mühüm dövlət tədbiri ilə bağlı tədarüklərin görülməsi sözügedən qrupun kontrolunda baş tutub. Bu isə çox vacib faktordur. Və Ramiz Mehdi yev tədrici olaraq idarəetmədən uzaqlaşdırılır». Mənbə bildirir ki, burada əsas diqqətçəkən bir məqam isə ondan ibarətdir ki, PA daxilində mediaya nəzarət uğrunda da bir savaş başlayıb: «Bəllidir ki, bu gün media bossu kimi tanınan PA-nın digər şöbə müdiri Əli Həsənov mətbuata tam olaraq nəzarət etməkdədir. Amma yeni qrup da bu istiqamətdə müəyyən addımları atır. Və bu günlərdə konkret olaraq iqtidara aid bir neçə KİV-in rəhbəri ilə görüş də keçirilib». Mənbəmiz onu da bildirdi ki, Ramiz Mehdiyevə və onun qruplaşmasına ögey ünasibətdə olan PA-nın rəsmi mətbu orqanı «Respublika» qəzeti də Mehdiyevə alternativ qüvvələrin nəzarəti altında fəaliyyət göstərir: «Məlumdur ki, bu qəzet Əli Həsənovun təzyiqləri altındadır. Bu günlərdə isə bu qəzetlə bağlı məsələ sözügedən cinahın təşəbbüsü ilə birbaşa olaraq prezidentin qarşısında qaldırılıb və «Respublika» qəzetinə əlavə imkanların yaradılması yönündə göstərişlər verilib. Hər halda, bu məsələ kimiləri üçün xırda görünsə də, Padaxilindəki iç savaşda çox mühüm bir açar rolunu oynamaqdadır». DİA.AZ - Ramiz Təhməzov Geri qayıt |