Əsas Səhifə > Şou-biznes > "ANCAQ QARA RƏNG KÖMƏYİMƏ ÇATIR"

"ANCAQ QARA RƏNG KÖMƏYİMƏ ÇATIR"


20-04-2013, 10:46
"ANCAQ QARA RƏNG KÖMƏYİMƏ ÇATIR"
DƏRDİNƏ BAX, AY ALLAH...

Milli.Az xəbər verir ki, ANS TV-də yayımlanan “İkinci həyat” verilişinin tanınmış siması Zümrüd Qasımova gözlə görünəcək qədər çəki atmaq arzusundadır.

Əməkdaşımızla söhbəti zamanı kilolu olmasından şikayətlənən Zümrüd yaxın vaxtlarda xarici görünüşündə mükəmməl nəticə əldə edəcəyinə çox inandığını söylədi: “Çəkimi deməyəcəm, bircə onu bilin ki, ürəyim istəyən ağırlıqda deyiləm.

İndiki məqamda ancaq qara rəng köməyimə çatır. Yəni, bu rəngli geyimlər məni bir az arıq göstərir. Özümə söz vermişəm ki, yay fəslinə qədər arzu etdiyim çəkidə olum.

Bunun üçün ciddi pəhrizə də başlayacağam”.

Teleaparıcı şikayətlənsə də, fotokameramız qarşısına keçib şəkil çəkdirməkdən imtina etmədi.

Geri qayıt