Əsas Səhifə > Sosial, Manşet > QƏZƏNFƏR AĞAYEV ASTARANI DA QARIŞDIRA BİLDİ

QƏZƏNFƏR AĞAYEV ASTARANI DA QARIŞDIRA BİLDİ


20-04-2013, 12:28
QƏZƏNFƏR AĞAYEV ASTARANI DA QARIŞDIRA BİLDİ
İCRA BAŞÇISININ ADAMLARI SATICI QADININ ÜZƏRİNƏ MAŞIN SÜRDÜLƏR

DİA.AZ: - Dünən sosial şəbəkələrdə Astaradakı məmurların ikisi ilə bağlı ilginc məlumat yayılıb. DİA.AZ bildirir ki, bu barədə TİA.AZ məlumat yayıb. Portal həmin yayılmış məlumatlara istinadən xəbər verir ki, burada söhbət Astara şəhər üzrə icra başçısının nümayəndəsi Məzaim Hüseynov və onun müavini Şahverən Cavadovdan gedir.

Həmin məlumatda iddia olunur ki, sözügedən məmurlar bir neçə gün əvvəl içkili vəziyyətdə bazarda ticarətlə məşğul olan qadınlara qarşı hörmətsizlik ediblər. Belə ki, onların maşınalır həmin qadınların üzərinə sürdüyü iddia olunur. Hətta o da iddialar sırasında var ki, Məzaim Hüseynov və müavini Şahverən Cavadov bununla ürəkləri soymayıb, ardından onların atdıqları məhsulları təpikləməyə də başlayıblar.

Qeyd edək ki, icra başçısı Qəzənfər Ağayevin Astara bazarını ələ keçirmək istəyi barədə hələ xeyli əvvəldən məlumat verilmişdi. Həmin məlumatda deyilir ki, icra başçısı bazarı ələ keçirdikdən sonra onu başqasına satmaq barədə düşünürmüş. Lakin bu zaman bazarda ticarətlə məşğul olan qadınlar ona hücum çəkərək, belə addım atacağı təqdirdə aksiyalara başlayacaqları barədə xəbərdarlıq etmişdilər. Görünür, həmin məsələdən sonra bazar sevdasını başından çıxara bilməyən Qəzənfər Ağayev bu dəfə işçilərini qabağa verib.

Məsələ ilə bağlı adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt