Əsas Səhifə > Cəmiyyət, Manşet > BALAKƏNDƏ İLGİNC MALİYYƏ FIRILDAQLARI

BALAKƏNDƏ İLGİNC MALİYYƏ FIRILDAQLARI


20-04-2013, 14:23
BALAKƏNDƏ İLGİNC MALİYYƏ FIRILDAQLARI
YERLİ MALİYYƏ İDARƏSİ QANUNLARDAN YAN KEÇİR

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumatlarda ən ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri kimi də Balakən rayon Maliyyə İdarəsinin adı çəkilir. DİA.AZ-a məlumatlı şəxslər tərəfindən göndərilən informasiyada bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü xərclənmir:

“Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Balakən rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir.

İcra hakimiyyətinin dağıtdığı büdcə pulları isəı bu qurum tərəfindən ört-basdır edilir. Hər halda əksər rayonlarda vəziyyət belədir və yerli maliyyə idarələrinin müdirləri icra başçılarının pul silənləri kimi tanınırlar.

Bu nöqsanlardan bir çoxu müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı aşkar olunmuşdur. Lakin nədənsə həmin nöqsanların aradan qaldırılması və təqsirkarların cəzalandırılması istiqamətində konkret addımlar atılmadı”.

Onu da qeyd edək ki, müşahidələrə əsasən, əvvəllər nazirliyin daha yüksək səlahiyyətli struktur bölmələrində işləmiş bəzi maliyyə idarə müdirləri sui-istifadə hallarına daha çox yol vermələri ilə seçilirlər. Öz növbəsində bu vəziyyət də bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsinə yol açır.

Başqa sözlə desək, rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər. Etiraf edək ki, Balakən rayon Maliyyə İdarəsinin rəisi Mahir Mikayılovun əvvələr hansı vəzifələrdə işlədiyinə dair dəqiq məlumatımız yoxdur. “Lakin, bu məmurun yuxarı instansiyalarda çox nüfuzlu hmayədarlarının olduğu əksəriyyət üçün sirr deyildir” – deyə mənbəmiz vurğulayır.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt