Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANDA SOSİAL PARTLAYIŞ QAÇILMAZDIR

AZƏRBAYCANDA SOSİAL PARTLAYIŞ QAÇILMAZDIR


6-12-2011, 11:59
AZƏRBAYCANDA SOSİAL PARTLAYIŞ QAÇILMAZDIR

SONUNCU QİYMƏT ARTIMI GƏLƏCƏK BAHALAŞMANIN ANONSUDUR

DİA.AZ: - Əslində Tarif Şurasının mal və xidmətlərin qiymət artımı ilə bağlı addımları bir neçə sahəni və xidmətləri əhatə edəcək. Belə qiymət artımları aidiyyatı dövlət qurumlarının Tarif Şurasına etdiyi müraciət əsasında baş verir. Deməli, burada bir neçə mal və xidmətlərin qiymət artımından söhbət gedir. Birincisi, Bakı metropolitenində gediş haqlarının qiymətlərin 15 qəpikdən 20 qəpiyədək artırılması haqqında qərar qəbul olunub. 24 noyabr tarixli qərarı isə ARDNŞ-nin müraciətindən sonra soba mazutlarının topdan satış qiymətinin 1 ton üçün 100 manatdan 140 manata, yəni 40% artımından söhbət gedir. Bu qərar isə dekabr ayının 7-dən qüvvəyə minəcək.

Daha sonra isə Bakı şəhər İcra Hakimiyyətinin müraciəti ilə Tarif Şurası noyabrın 24-də əhali üçün məişət tullantılarının yığımı və daşınması tariflərini artırıb. Bu qərar isə dekabrın 1-dən tarif əhaliyə adambaşına 0,30 manata başa gələcək. Beləliklə, tarif 2,1 dəfə bahalanıb. 11 il bundan qabaq, yəni 2000-ci ilin martından Nazirlər Kabinetinin qərarı ilə əhali bunun üçün cəmi 0,14 manat ödəyirdi. İsitmə xidmətləri tarifləri 1 kvadrat metr üçün yaşayış sahəsinə görə, əhali üçün 15 qəpik, qeyri-əhali qruplarıü üçün 25 qəpik qaldırılıb. İsti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 1,5 manat müəyyən edilib. Bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qrupla üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri isə 1 kubmetr üçün 1.2 manat təsdiq edilib.

Hakimiyyətə yaxın bir çox ekspertlər son bahalaşmanı hökumətə beynəlxalq maliyyə qurumlarının tövsiyyələri və bununla da ölkədəki qiymət səviyyəsinin dünyadakı qiymət səviyyəsinə yaxınlaşdırmaq məqsədilə edildiyini iddia edir. Guya bununla da ölkədəki qiymət siyasətinin dünyadakı qiymət nisbəti ilə uzlaşdırılmasına nail olmadan gedir. Yəni, ölkəmiz bir çox beynəlxalq iqtisadi birliklərə daxil olur,bəzilərinə isə üzv olmaq ərəfəsindədir. Bu zaman uzlaşdırıcı qiymət nisbətinə nail olmaq lazımdır ki,bunuda öncədən etmək daha dərin şoklar yaratmır. Əslində isə bunun daha çox sosial mesajları var. Yəni, bununla hökumət metroploitendən qiyməti 5 qəpik artırmaqla metropolitendən istifadə edən 5 milyona yaxın insanın nəbzini yoxlamaq istəyir. Amma nəzərə alanda ki, hər bir ailədə ortalama götürsək, onda 1 ailənin azı ayda 12 manatının itirilməsi deməkdir. Bu sosial narazılıq və hiddət yaradan amildir. Amma bunun sükutla qarşılanacağı və ya qiyam doğuracağı tam dəqiq deyil. Çünki, son illərin təcrübəsi göstərdi ki, ilk baxışda əhəmiyyətsiz görünən addım sonradan ciddi dəyişikliklərin əsasını yaradan baza detonator rolun oynayır. Yaxud partlayışın astanasında olan sosial depressiya permananet xarakter daşıyır.

Bu baxımdan cəmiyyətin ürəyinin nə ilə döyünməsi və nəbzinin ölçülməsi açılmayan sandığı xatırladır. Əgər xatılayrısınızsa, 2007-ci ilin yanvar ayının 1-ə qədər ölkədə başqa bir sosial-iqtisadi vəziyyət hökm sürürdü. TŞ-nın məlum qərarlarından sonra ölkədə tamam fərqli bir vəziyyət start götürməyə başladı. İndi də təkcə bu mal və xidmətlərin qiymət artımları ilə hər şey yekunlaşamayacaq. Bu digər mal və xidmətlərin qiymət qalxmasında baza rolun oynayacaq. O baxımdan indiki qiymət artımı növbəti bahalaşma dalğası üçün anonsdur.

Hazırda ölkə vətəndaşlarının onsuz da narazı olduğunu nəzərə alsaq qarşıdakı bahalaşma dalğasının ciddi hərəkətlənməyə səbəb olacağını düşünmək olar. İqtidarın rəsmi təbliğatında qeyd olunduğunun əksinə olaraq bu gün vətəndaşların qazancı heç kommunal xərclərin ödənməsinə belə yetmir. Bu azmış kimi yeni ildən etibarən bir çox xidmət və ərzaq məhsulları üzrə bahalaşmanın baş verməsi Azərbaycandakı durumu gərginləşdirə bilər.

Geri qayıt